Modern.az

“Pakistan və Türkiyənin mövqeyi bizim üçün son dərəcə əhəmiyyətli idi” - Nazir

“Pakistan və Türkiyənin mövqeyi bizim üçün son dərəcə əhəmiyyətli idi” - Nazir

Ölkə

13 Yanvar 2021, 19:37

İkinci Qarabağ müharibəsində Pakistan və Türkiyənin mövqeyi bizim üçün son dərəcə əhəmiyyətli idi.

 

Modern.az xəbər verir ki, bunu İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov deyib.

 

O, İkinci Qarabağ müharibəsində Azərbaycana göstərdikləri dəstəyə görə Pakistan və Türkiyənin xarici işlər nazirlərinə təşəkkür edib.

 

Bildirib ki, Türkiyə və Pakistan Ermənistanın hücumlarını, Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini qınadılar, suverenlik və ərazi bütövlüyünə əsaslanaraq Azərbaycanı dəstəklədilər və beynəlxalq arenada səslərini ədalətin təcəllası üçün qaldırdılar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!