Arxiv
13 Yanvar 2021, 23:15 | AKTUAL
İtaliyada hökumət koalisiyası dağıldı

Yanvarın 13-də İtaliyada hökumət koalisiyası dağılıb.

 

Modern.az xəbər verir ki, keçmiş Baş nazir Matteo Renzinin rəhbərlik etdiyi “İtalia Viva“ partiyası koalisiyalı hökumətin tərkibində iştirakdan imtina edib və hökumətdəki iki nazirinin fəaliyyətini dayandırıb. Bununla da bitərəf Baş nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi və tərkibinə “Beş ulduz hərəkatı” və sosial-demokratların (“Partido Democratico”) təmsil olunduğu koalisiya ölkə parlamentində mütləq səs çoxluğunu itirmiş olub.

 

M. Renzinin bu addımı atmasında əsas səbəb kimi Avropa İttifaqının üzv ölkələr üçün nəzərdə tutduğu və koronavirus böhranından çıxış üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı təyinat üzrə xərclənməsindəki fikir ayrılığı göstərilir. Bundan başqa M. Renzi hökumət rəhbəri C. Konte ilə digər mövzularda da ortaq məxrəcə gələ bilmir. M. Renzi dəfələrlə hökuməti Avrozonanın yardım fondu olan Avropa Sabitlik Mexanizmi çərçivəsində kreditlər götürməyə və həmin vəsaitləri ölkənin səhiyyə sistemini dirçəltməyə sərf etməyə çağırıb. Koalisiyada əsas siyasi qüvvə olan “Beş ulduz hərəkatı“ isə bu təklifi rədd edib.

 

Bundan başqa M. Renzi hökumət başçısını koronavirus pandemiyası dövründə parlamenti nəzərə almadan və koalisiya tərəfdaşları ilə məsləhətləşmələr aparmadan ölkəni təkbaşına idarə etməkdə ittiham edib.

 

Mətbuatın məlumatına görə, Baş nazir C. Konte artıq dövlət başçısı Sercio Mattarella ilə görüşüb və mövcud vəziyyət barədə onu məlumatlandırıb.2019-cu ilin sentyabrından ikinci dəfə hökumət başçısı kimi koalisiyaya rəhbərlik edən C. Konte hazırkı böhran dövründə növbədənkənar seçkilərin keçirilməsini istəmir. Ona görə də onun parlamentdə mütləq səs çoxluğu üçün cəhd göstərəcəyi gözlənilir. Bunun üçün parlamentin aşağı palatasında onun koalisiyasına azı 25 deputat, Senatda isə 18 senator qoşulmalıdır (Azərtac).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Heç kimlə döyüşmək istəmirəm” - Həbib 21 Yanvar 2021, 01:01 Co Baydendən ilk təyinatlar 21 Yanvar 2021, 00:50 Xırdalanda yol qəzası - xəsarət alan var 21 Yanvar 2021, 00:39 “Mançester Siti” liderliyə yüksəldi 21 Yanvar 2021, 00:24 ÜST peyvənd pasportlarını tövsiyə etmədi 21 Yanvar 2021, 00:10 Madriddəki partlayışda yaralananların sayı artdı 20 Yanvar 2021, 23:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 20 Yanvar 2021, 23:47 Çindən ABŞ-a sanksiya 20 Yanvar 2021, 23:33 Türkiyəli siyasətçilərdən 20 Yanvar paylaşımı 20 Yanvar 2021, 23:20 Baydenin andiçməsindən maraqlı anlar 20 Yanvar 2021, 23:07 Azərbaycanda iqtisadi artımın bərpa olunacağı gözlənilir - Mikayıl Cabbarov 20 Yanvar 2021, 22:56 İspan futbolçu tarixə düşdü 20 Yanvar 2021, 22:40 Trampın Baydenə yazdığı məktubun məzmunu məlum oldu - FOTO 20 Yanvar 2021, 22:34 Bakıda yataqxana binasında yanğın 20 Yanvar 2021, 22:21 “Qalatasaray” 3 xalı 6 qolla qazandı 20 Yanvar 2021, 22:12 Azərbaycanın hərbi gücünə görə reytinqi açıqlandı 20 Yanvar 2021, 22:01 Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi 20 Yanvar 2021, 21:50 “Məqsəd demokratiyadır” - ABŞ-ın yeni prezidenti 20 Yanvar 2021, 21:38 Mobil operatorların gəlirləri açıqlandı 20 Yanvar 2021, 21:27 Ermənistan rəhbərliyi erkən seçkilərə hazırdır 20 Yanvar 2021, 21:18 Co Bayden and içdi - VİDEO 20 Yanvar 2021, 21:02 Tramp Baydenə məktub yazdı 20 Yanvar 2021, 20:57 DİN-in "Telegram" kanalı yaradıldı 20 Yanvar 2021, 20:49 Britaniyada virusdan rekord sayda ölüm 20 Yanvar 2021, 20:39 Polşanın nüfuzlu qəzetində 20 Yanvardan yazıldı 20 Yanvar 2021, 20:26 Hacıqabulda koronavirus xəstəsinə cinayət işi açıldı 20 Yanvar 2021, 20:12 ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət etdi 20 Yanvar 2021, 20:04 Fransada məhbuslar həbsxananı yandırıblar 20 Yanvar 2021, 19:46 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını AÇIQLADI 20 Yanvar 2021, 19:31 Madridin mərkəzində partlayış: 4 ölü, 6 yaralı 20 Yanvar 2021, 19:17 Ermənistan Türkiyə ilə sərhəddə təlimlər keçirəcək 20 Yanvar 2021, 19:08 Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb 20 Yanvar 2021, 18:49 Madridin mərkəzində güclü partlayış olub 20 Yanvar 2021, 18:35 Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO 20 Yanvar 2021, 18:28 Tramp Ağ Evlə vidalaşdı - VİDEO 20 Yanvar 2021, 18:20