Modern.az

İstanbul klubları 1/4 finalda

İstanbul klubları 1/4 finalda

Aktual

14 Yanvar 2021, 00:38

Yanvarın 13-də futbol üzrə Türkiyə Kubokunda səkkizdəbir final mərhələsinin daha 3 oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, İstanbulun "Başakşəhər" səfərdə "Tuzlaspor"un qonağı olub. Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə bitib. Digər İstanbul təmsilçisi olan "Beşiktaş"da doğma meydanda "Rizəspor" minimal hesabla məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.

 

Günün digər matçında isə "Konyaspor" öz meydanında "Qaziantep"i 2:1 hesabı ilə üstələyib.

 

Türkiyə kubokunun növbəti oyunları yanvarın 14-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı