Modern.az

TANAP-la Azərbaycandan Türkiyəyə çatdırılan qazın həcmi açıqlandı

TANAP-la Azərbaycandan Türkiyəyə çatdırılan qazın həcmi açıqlandı

14 Yanvar 2021, 15:10

TANAP vasitəsilə Azərbaycandan Türkiyəyə 2018-ci ilin iyun ayının 30-dan indiyədək 8,4 mlrd. kubmetr qaz çatdırılıb.

Modern.az xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol azərbaycanlı jurnalistlər üçün keçirilən onlayn mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, ilk ildə kəmər vasitəsilə Türkiyəyə 2 mlrd. kubmetr, ikinci ildə 4 mlrd. kubmetr qaz nəql edilib,  30 iyun 2021-ci il üçün bu göstərici 6 mlrd. kubmetr olacaq.

S.Düzyol həmçinin bildirib ki, TANAP-ın  bu günə olan ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir, amma gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi