Arxiv
15 Yanvar 2021, 18:04 | ÖLKƏ
Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

 

Modern.az-ın məlumatına görə, fərmanə əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılır.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

 

3. Müəyyən edilsin ki:

3.1. Agentlik Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

4.1.3. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;

4.2. Agentliyə:

4.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Agentliyin nizamnaməsinin layihəsini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.5. dövlət qeydiyyatına alındığı gündən Agentliyin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

7.7. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

7.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirsin.

9. Agentlik:

9.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin Agentlikdə müvafiq vəzifəyə təyin olunması üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin;

10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onunçün öyrətdim ki, əlimi bu sənətə… 25 Fevral 2021, 11:36 Səbinə Əliyeva Avropa Şurasının üzvləri ilə görüşüb 25 Fevral 2021, 11:27 Lisey direktoru həbs edildi 25 Fevral 2021, 11:23 Ermənistan Rusiyanın köməyi ilə ordu islahatları aparacaq - Paşinyan 25 Fevral 2021, 11:21 Pakistanla Azərbaycana yeni aviareys açır 25 Fevral 2021, 11:20 İnsanın həyatını dəyişən KƏLAMLAR 25 Fevral 2021, 11:18 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 25 Fevral 2021, 11:13 Deputat: “Cümşüd Nuriyev və onun tayları bu dövlətin inkişafını istəmirlər” 25 Fevral 2021, 11:08 Xocalı Soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR 25 Fevral 2021, 11:03 Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi 25 Fevral 2021, 10:58 Müxalifət Yerevanın mərkəzi küçələrini bağladı 25 Fevral 2021, 10:53 Qışa hazır olmayan avtobusların sürücüləri cərimələndi 25 Fevral 2021, 10:50 Srebrenitsa anaları Azərbaycanda... 25 Fevral 2021, 10:45 Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb 25 Fevral 2021, 10:40 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir   25 Fevral 2021, 10:37 "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" - gerçək tarixin müzakirəsi 25 Fevral 2021, 10:32 Bu rayonlarda 17 dərəcə şaxta olub 25 Fevral 2021, 10:29 BirBank vasitəsilə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu 25 Fevral 2021, 10:28 Planeti koronavirusun üçüncü dalğası BÜRÜYÜB 25 Fevral 2021, 10:27 İsveçrədəki soydaşlarımız cenevrəli deputatlara çağırış ediblər 25 Fevral 2021, 10:23 Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim edilib 25 Fevral 2021, 10:20 Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab   25 Fevral 2021, 10:15 Həmkarlar Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb 25 Fevral 2021, 10:10 Bakının yolları səhərə kimi qardan təmizlənib - FOTOLAR 25 Fevral 2021, 10:05 Azərbaycan nefti 67 dollara yaxınlaşır 25 Fevral 2021, 10:00 Əsas avtomobil yollarında son VƏZİYYƏT 25 Fevral 2021, 09:54 Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər yaralanıb   25 Fevral 2021, 09:48 13 evdən 40 min manatlıq oğurluq edənlər saxlanıldı 25 Fevral 2021, 09:42 Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi 25 Fevral 2021, 09:36 "Brent" neftin qiyməti BAHALAŞDI 25 Fevral 2021, 09:30 Hava şəraiti ilə əlaqədar yollarda 41 qəza baş verib 25 Fevral 2021, 09:24 Bəzi məktəblərdə dərslər təxirə SALINDI 25 Fevral 2021, 09:18 Həbsdən çıxan mayor birinci əsgərlərini soruşdu 25 Fevral 2021, 09:12 İlham Əliyevdən Ərdoğana ad günü TƏBRİKİ 25 Fevral 2021, 09:06 Qarda yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatdı 25 Fevral 2021, 09:00