Modern.az

Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm”

Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm”

Aktual

20 Yanvar 2021, 10:30

Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam edir.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, prosesin mərhələləri strategiyada öz əksini tapıb: "Strategiyada kimlərin hansı mərhələdə peyvənd olunacağı qeyd edilib. Birinci mərhələdə tibb işçiləri, sonra isə digər qurumlar. Mən də vaksin vurdurmuşam  və özümü yaxşı hiss edirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir