Modern.az

Təhsil nazirinin brifinqindən əsas mesajlar

Təhsil nazirinin brifinqindən əsas mesajlar

22 Yanvar 2021, 22:11

Təhsil naziri Emin Əmrullayevin 22 yanvar 2021-ci il tarixində keçirdiyi brifinqdən əsas mesajlar açıqlanıb.

 

Modern.az Təhsil Nazirliyinin feysbuk səhifəsinə istinadla həmin mesajları təqdim edir:

 

-Fevralın 1-dən tədris və təlim-tərbiyə prosesi mərhələli şəkildə əyani formada təşkil olunacaq.

-Həmin tarixdən etibarən ümumi təhsil müəssisələrində ibtidai siniflər, məktəbəhazırlıq qrupları və icma əsaslı məktəbəqədər təhsil qruplarında əyani təhsil bərpa olunacaq.

-İbtidai siniflər üzrə əyani təhsilin Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır.

-Şagird sayı çox olan siniflər qruplara bölünəcək. Respublika üzrə 85 min 600 sinif var. Bu siniflərdən 310-da şagird sayı 40 və 40-dan yuxarıdır. Ümumilikdə şagird sayı 40-dan çox olan siniflərin sayı ümumi siniflərin 0,4 faizini təşkil edir.

-Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə qərar veriləcək.

-Uşaq bağçalarının açılması ilə bağlı növbəti iki həftə ərzində qərar qəbul olunacaq.

-Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq və ictimaiyyətə məlumat veriləcək.

-Yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir. Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır.

-Yanvarın 27-dən məktəblilərin qış tətili başlayır, tətil fevralın 1-dək davam edəcək.

-Ümumi təhsil sistemində 150 minə yaxın təhsilverən var. Onlardan 128 min nəfəri onlayn platformada qeydiyyatdan keçib.

-1 milyon 400 min təhsilalan onlayn platformada qeydiyyatdan keçib.

-Ötən ilin sentyabrından 2021-ci ilin yanvar ayınadək 3 min 130 teledərs təqdim olunub.

-Teledərslərə 12 milyondan artıq baxış olub.

-Teledərslər tədris ilinin sonuna qədər davam edəcək.

-Yanvarda “Virtual məktəb”də həftə ərzində 6 milyon 200 min dərs keçirilib.

-Elektron dərsliklərə 4 milyondan çox müraciət edilib.

-Respublika fənn olimpiadalarının ənənəvi qaydada keçirilməsi nəzərdə tutulur. Fevralın sonunda, yaxud martın əvvəllərində sıxlığa nəzarət etməklə olimpiadaların keçirilməsi planlaşdırılır.

-Ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində təhsilin təşkili tələbələrin yüksək hərəkətlilik və yoluxma riskləri nəzərə alınaraq, məsafədən təhsil formasında davam etdiriləcək.

-Müəyyən bir tarixdən sonra isə bu təhsil pilləsində praktik məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi qaydada təşkil edilə bilər.

-Hazırda təxminən 182 000 tələbə universitetlərdə ali təhsil alır. Onlardan 167 000-i bakalavr, 15 000-i magistrdir.

-Bakalavrların 65 100 nəfəri dövlət sifarişi əsasında təhsil alır. 16 500 nəfəri isə imtiyazlı qrupa aid olan tələbələrdir. E-telebe portalı vasitəsilə 11 500 nəfər tələbənin təhsil haqqı ödənilib. Ümumilikdə, bütün tələbələrin 55-56 faizinin təhsil haqqı dövlət tərəfindən ödənilir.

-Tələbələrə təhsil kreditləri təqdim olunması ilə bağlı dövlət büdcəsindən 80 milyon manat ayrılıb. Məqsəd ali təhsilin əlçatanlığını artırmaqdır.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir