Modern.az

Qaz daşıyan avtomobil partladı - 30 ölü, 17 yaralı

Qaz daşıyan avtomobil partladı - 30 ölü, 17 yaralı

Aktual

23 Yanvar 2021, 21:27

Cənub-şərqi Nigeriyada maye qaz daşıyan avtomobilin partlaması nəticəsində azı 30 nəfər həyatını itirib.

 

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Aqbor şəhərindəki yanacaqdoldurma məntəqəsində paylama şlanqında baş verən sızma nəticəsində partlayış baş verib. Partlayış o qədər güclü olub ki, stansiyaya yaxın 30-dan çox evə ziyan dəyib.

 

Partlayışdan sonra yanğın başlayıb. İnsanların çoxu evlərində ölüb. 17 yaralı ağır yanıq xəsarətləri xəstəxanaya aparılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır