Modern.az

Sumqayıtda maşın piyadanı vurub öldürdü

Sumqayıtda maşın piyadanı vurub öldürdü

25 Yanvar 2021, 23:03

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza olub.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Babək küçəsində baş verib.

 

Yolu keçmək istəyən şəhər sakini, 1984-cü il təvəllüdlü Mikayıl Əliyevi avtomobil vurub. Ağır bədən xəsarətləri alan M.Əliyev vəfat edib.

 

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir