Modern.az

Bakıda yeni avtobus marşrutu açıldı: gedişhaqqı 1,50 AZN

Bakıda yeni avtobus marşrutu açıldı: gedişhaqqı 1,50 AZN

İqtisadiyyat

Bu gün, 17:24

İyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi ilə birləşdirən 195E nömrəli yeni ekspres avtobus marşrutu fəaliyyətə başlayacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, marşrut xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının ödənilməsi və daha sürətli gedişlərin təmin edilməsi məqsədilə istifadəyə verilir.

Marşrut üzrə sərnişinlərə “Neoplan” markalı 7 ədəd böyüktutumlu avtobus hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək.

195E nömrəli ekspres marşrutun daşıyıcısı “BakuBus” MMC-dir.

Avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 1,50 AZN təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr