Modern.az

"Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur - RƏSMİ

"Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur - RƏSMİ

Media

Bu gün, 16:56

Qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.

Modern.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İranda AzTV-ni "düşmən media qurumları" siyahısına daxil edilməsi ilə bağlı bəyanatında qeyd olunub.

Sənəddə bildirilib ki, adıçəkilən media qurumları Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərir, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr