Arxiv
26 Yanvar 2021, 11:10 | AKTUAL
“Azərbaycan hərbi əməliyyatlar keçirməyə məcbur oldu” - Hikmət Hacıyev

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın torpaqları işğaldan azad etmək üçün əks-hücum əməliyyatları keçirməsinin səbəblərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan danışığı (2018-ci ilin sentyabrın 28-də) xatırladıb.

 

O bildirib ki, Azərbaycan həmin dövrlərdə bir daha konstruktivlik və strateji səbir nümayiş etdirib.

 

“Azərbaycan tərəfi lazımi şərait yaratdı ki, tərəflər münaqişəni sülh yolu ilə həll etsinlər, amma təəssüf ki, bu baş vermədi” - deyən H.Hacıyev əlavə edib ki, əksinə, bundan sonra Ermənistan hakimiyyəti təxribatçı açıqlamalar verdi.

 

“Baş nazir Paşinyan Dağlıq Qarabağa getdi, orada “Qarabağ Ermənistandır və nöqtə” dedi. Daha sonra isə Ermənistanın müdafiə naziri (David Tonoyanı nəzərdə tutur) ABŞ-a səfəri zamanı “Yeni ərazilər üçün yeni müharibə” doktrinasını elan etdi”.

 

H.Hacıyev Ermənistanın daha sonra – 2020-ci ilin iyulunda Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlara əl atdığını diqqətə çatdırıb.

 

“Bundan sonra danışıqlar prosesində yaranan durğunluq və situasiyanın eskalasiya istiqamətində dəyişməsi, sentyabrın 27-də isə Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasından sonra biz dedik ki, artıq kifayətdir”.

 

Onun sözlərinə görə, Azərbaycan Ermənistanı danışıqlar masasına qaytarmaq, Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün hərbi əməliyyatlar keçirməyə məcbur oldu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Suraxanı” gəmi-muzeyinin açılışı oldu - FOTOLAR 1 mart 2021, 13:24 Prezident və birinci xanım Bakı gəmiqayırma zavodundakı mərasimlərdə... 1 mart 2021, 13:20 Prezident yeni inzibati binanın açılışını etdi 1 mart 2021, 13:17 Xarici jurnalistlərin Azərbaycanla bağlı təəssüratları - VİDEO 1 mart 2021, 13:14 Daha bir partiya sədrinə vaksin vuruldu - O da çağırış etdi 1 mart 2021, 13:12 Etirazçılar Yerevanda hökumət binasına daxil oldu 1 mart 2021, 13:11 Azərbaycan Ankara ilə Təl-Əviv arasında vasitəçi ola bilər - Türkiyəli deputat 1 mart 2021, 13:07 Paşinyan barədə dövlətə xəyanət maddəsi ilə ARAŞDIRMA BAŞLADI 1 mart 2021, 13:04 Salyanda qanunsuz ov edən şəxslər saxlanıldı 1 mart 2021, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 1 mart 2021, 12:58 Dünya mediasını heyran qoyan Lider 1 mart 2021, 12:54 Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ 1 mart 2021, 12:50 İran səfirliyi məlumat yaydı 1 mart 2021, 12:46 Qlobal Jurnalistlər Birliyinin sədri və müavini Türkiyə səfirilə görüşdü - FOTOLAR 1 mart 2021, 12:42 Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs oldu 1 mart 2021, 12:36 DİM bir nəfər üçün imtahan keçirib 1 mart 2021, 12:30 Şamaxı Rəsədxanası işçi axtarır 1 mart 2021, 12:24 AzEdu Təhsil Portalının 3 yaşı oldu 1 mart 2021, 12:18 Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı 1 mart 2021, 12:12 Milli Məclisin kişi deputatı: “Ən yaxşı 2-3 aşpaz varsa, onlardan biri mənəm” - MARAQLI 1 mart 2021, 12:06 Brokonyerlər maralı boğaraq öldürdülər - VİDEO 1 mart 2021, 12:00 Azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirildi 1 mart 2021, 11:57 Qazilərimiz dövlət qayğısı əhatəsindədir! 1 mart 2021, 11:53 Qarlı günlərdən sonra Nərimanovda təmizlik işləri davam etdirilir 1 mart 2021, 11:50 Talışda şəhid olan kəşfiyyatçının xanımı: “20 saat xəbər almayanda, anladım ki...” - FOTOLAR 1 mart 2021, 11:48 Narkotikə görə tutulan şəxsin evindən silah da tapıldı - VİDEO 1 mart 2021, 11:44 Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq - DEPUTAT 1 mart 2021, 11:41 Talış kəndinə getmək istəyən Tərtər sakinləri SAXLANILDI 1 mart 2021, 11:37 Azərbaycanda dəhşətli qətl - bacı qardaşını bıçaqladı 1 mart 2021, 11:33 Baş infeksionist əhaliyə müraciət etdi 1 mart 2021, 11:29 AZƏRTAC-ın 101 yaşı tamam olur 1 mart 2021, 11:24 1 nəfər virusa yoluxdu, 1,5 milyon insan karantinə alındı 1 mart 2021, 11:21 Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat TAPILDI 1 mart 2021, 11:17 DYP-dən sürücülərə xəbərdarlıq - Texniki baxışdan keçməyənlər cərimələnəcək 1 mart 2021, 11:13 “YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi - VİDEO 1 mart 2021, 11:09