Arxiv
26 Yanvar 2021, 22:34 | AKTUAL
“Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif  

İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin baş verdiyi əraziyə ən yaxın ölkədir və son 30 ildə, bu münaqişənin lap əvvəlindən öz sərhədlərində qeyri-sabitlik və qaçqınlar axını ilə üzləşib.

 

Modern.az xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu sözləri Moskvada keçirilən mətbuat konfransında söyləyib.

 

O qeyd edib ki, münaqişənin nizamlanması İranın milli təhlükəsizliyi baxımından çox vacibdir, çünki münaqişə bu ölkənin sərhədinin yaxınlığında baş verirdi.

 

“Ötən ilin yayında və payızında Qarabağda münaqişə eskalasiya mərhələsinə çatandan sonra İran İslam Respublikası regional həll variantı təqdim etmək üçün çox səy göstərib. Bununla əlaqədar mən bir neçə dəfə cənab Lavrovla telefonla söhbət etmişəm, İran Prezidentinin xüsusi nümayəndəsi – xarici işlər nazirinin müavini regionda səfərdə olub və Qarabağ münaqişəsinə son qoymaq barədə bizim sülh planımızı təqdim edib" - nazir deyib.

 

Cavad Zərif məmnunluqla bildirib ki, Dağlıq Qarabağda münaqişə Rusiya Federasiyasının vasitəçiliyi ilə həll edilib. O deyib:

“Biz çox şadıq ki, yanvarın 11-də Rusiyanın vasitəçiliyi ilə bu məsələdə irəliləyiş başlanıb. Bu qərarın qəbul olunmasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. Onlar bu münaqişənin həlli yolunda irəliləyirlər. Fikrimcə, bu gün Qarabağda firavanlıq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün, xüsusilə iqtisadi və nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb. Beləliklə, biz xalqların əziyyətini azalda, tarixi fikir ayrılıqlarını aradan qaldıra, insanların həyatını qoruyub saxlaya biləcəyik. Bunun üçün zəmin hazırlanıb”.

 

Nazir bu səfəri çərçivəsində Cənubi Qafqazın üç ölkəsində, həmçinin Rusiyada və Türkiyədə olacağını, əməkdaşlıq barədə təkliflərin müzakirə ediləcəyini vurğulayıb.

 

Cavad Zərif daha sonra deyib: “Ümidvaram ki, o biri ölkələrə səfərimiz zamanı da bu cür münasibətlə qarşılaşacaq və gələcəkdə regionda qarşılıqlı fəaliyyət sisteminə doğru irəliləyəcək, əməkdaşlıq üçün, daha yaxşı gələcək qurulması üçün yaranmış imkanlardan istifadə edəcəyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Almaniyada beş məscid bağlandı 26 Fevral 2021, 22:08 Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30 Xocalı qurbanlarının xatirəsi Şuşada anılıb - VİDEO 26 Fevral 2021, 19:22 Komitə sədri həmkarlarını “3+3” iqtisadi əməkdaşlıq ideyasını dəstəkləməyə çağırdı 26 Fevral 2021, 19:15 Baş prokuror intiharlardan DANIŞDI 26 Fevral 2021, 19:08 Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTOLAR 26 Fevral 2021, 19:00 Qanunsuz ov edən Salyan sakini SAXLANILDI 26 Fevral 2021, 18:52 Azərbaycan daha bir ölkədən quş ətinin idxalını DAYANDIRDI 26 Fevral 2021, 18:45 Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdü 26 Fevral 2021, 18:38 Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb 26 Fevral 2021, 18:30 Xocalı soyqırımının günahkarları ədalət qarşısında mütləq cavab verəcəklər - Spiker 26 Fevral 2021, 18:22 Yevlax sakinini elektrik cərəyanı vurub öldürdü 26 Fevral 2021, 18:15 Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsidir - Hikmət Hacıyev 26 Fevral 2021, 18:08 Nazir xanım rəisi işdən ÇIXARDI 26 Fevral 2021, 18:00 Ombudsman “Ana harayı” abidəsini ziyarət edib 26 Fevral 2021, 17:57 İtaliya-Azərbaycan dostluq qrupu soyqırımı ilə bağlı məktub göndərib 26 Fevral 2021, 17:54 Paşinyana sadiqliyini saxlayan erməni generallar – FOTO 26 Fevral 2021, 17:50 Prezident Rusiya sülhməramlılarından nə üçün narazı olduğunu AÇIQLADI 26 Fevral 2021, 17:46 Ali Məhkəmədə baxılan işlərin əksəriyyəti bu nazirliklə bağlıdır 26 Fevral 2021, 17:42 Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi... 26 Fevral 2021, 17:36