Modern.az

Türkiyəli professor Hacı Zeynalabdin Tağıyevdən kitab yazıb

Türkiyəli professor Hacı Zeynalabdin Tağıyevdən kitab yazıb

Ədəbi̇yyat

2 Fevral 2021, 16:40

Türkiyənin Mərmərə Universitetinin professoru Okan Yeşilot məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev barəsində kitab yazıb.

Modern.az
-ın məlumatına görə, kitab Tağıyev haqqında müxtəlif bölmələrdən ibarətdir. Nəşrdə Tağıyevə aid fotoşəkillər də əks olunub.

Müəllif nəşrdə Tağıyevin həyat yolu və xeyriyyəçilik fəaliyyətindən geniş bəhs edib.

Kitab Azərbaycan Respublikasında "Könüllülər İli" çərçivəsində "Gəncliyə Yardım Fondu"nun himayəsilə Azərbaycan və türkiyəli xanımların birgə əməyi ilə keçirilən ənənəvi XVII xeyriyyə sərgisindən əldə olunan vəsait hesabına nəşr edilib.

"İpək Yolu" nəşriyyatında çap olunmuş kitabı Abbas Qurbanov nəşrə hazırlayıb, əsəri Anadolu türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdıran isə Eldəniz Salmanovdur.


Hacı Zeynalabdin Tağıyev Azərbaycanın görkəmli xadimi, ölkənin neft sənayesinin banilərindən biri idi. O, Azərbaycan tarixinə milli kadrların hazırlanmasında böyük rolu olan bir xeyriyyəçi və milyonçu kimi düşüb. Hacı Zeynalabdin Tağıyev Azərbaycanın iqtisadiyyatında, təhsilində və mədəni həyatında çox əhəmiyyətli yerə sahib olan şəxsiyyətdir.


Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır