Arxiv
6 Fevral 2021, 14:02 | MEDİA
Sevil Əliyeva Vaqif Mustafayevin “Space”dən getməsindən danışdı - “şəxsən vəzifəsindən azad edilib”

"Space" telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib. 

 

Modern.az xəbər verir ki, o bu barədə "Haqqın.az" saytına danışıb. Qeyd edib ki, son zamanlar "Space" TV-nin fəaliyyəti onu da narahat edib. Və V. Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib:

 

"Həqiqət budur ki, "Space"in fəaliyyəti, verdiyi məzmun son vaxtlar ciddi narahatlığa səbəb olub. Mən əsasən xaricdə yaşayıram və yalnız Bakıya səfərlərim zamanı kanalın verilişlərini izləmişəm. Ancaq etiraf etməliyəm ki, medianın səhifələrində bəzən çıxan çoxsaylı şikayətlər, sərt tənqidlər tamamilə haqlıdır. Son illərdə kanalın və verilişlərinin səviyyəsi həddən artıq aşağı səviyyədədir. Qeyri-peşəkarlıq və keyfiyyətsizlikdən qəzəblənən izləyicilərin fikirlərini tamamilə bölüşürəm". 

 

 

S. Əliyeva bildirib ki, kanalı quran zaman belə olacağını gözləməyib: "Bütün bunlar Vaqif Mustafayevin "Space"in rəhbəri vəzifəsindən istefaya göndərilməsinə səbəb oldu. Digər tərəfdən, televiziya kanallarının rəhbərlərinin özlərini prezident adlandırması məni bir qədər narahat edir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. "Prezident" sözünü dəyərdən sala bilməzsiniz".

 

Eyni zamanda, Sevil Əliyeva bu qərarla ümummilli lider Heydər Əliyev haqqında bir sıra sənədli filmlər də daxil olmaqla, mükəmməl əsərlər yaratmış istedadlı sənədli film rejissoru V.Mustafayevin xidmətlərini kiçiltmədiyini qeyd edib.

 

“Cənab Mustafayevə bir insan kimi hörmət edirəm və onu yaradıcı insan kimi qiymətləndirirəm. Çox təəssüf ki, Azərbaycan rəsmiləri onun atam haqqında çəkdiyi "İnsanları xilas edəcəm" adlı mükəmməl bədii filmini layiqincə qiymətləndirməyiblər. Ancaq məhz bu əsərdə Vaqif Mustafayev ümummilli lideri siyasətçi kimi, dövlət məmuru kimi deyil, şəxsiyyət kimi göstərib. Ümid edirəm ki, indi ölkənin ideoloji siyasətindən məsul olan məmurlar dəyişdikcə, geniş ictimaiyyət nəhayət bu əsərlə tanış olacaq. Yeri gəlmişkən, mən filmin müəlliflərinə bir sıra detallar barədə tövsiyələr vermişəm, Məsələn, Heydər Əliyevin yalnız mavi və boz rəngli kostyumlar geyindiyi və qara kostyumları sevmədiyi, evimizin içərisinin çox isti, rahat olduğu və s. Bu filmdə ən yaxşı rus aktyorları rol alıb. Əminəm ki, Vaqif Mustafayevin Heydər Əliyevlə bağlı əsərləri gələcək nəsillərə müstəqil Azərbaycanı yaradan şəxsin necə biri olduğunu bilməkdə kömək edir",-deyə Sevil Əliyeva əlavə edib.

 

"Space" kanalının rəhbəri vəzifəsinə artıq hansısa namizədin olub-olmadığı barədə suala telekanalın qurucusu həmin şəxsin artıq qərarlaşdırıldığını və tezliklə kanalın işçilərinə və ictimaiyyətə təqdim ediləcəyini bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“İcra məmurları haqqında” Qanun dəyişdirilir 21 Aprel 2021, 12:40 Avronest PA-nın 9-cu sessiyası başa çatıb 21 Aprel 2021, 12:28 Rauf Rəcəbova “Space”də vəzifə verildi 21 Aprel 2021, 12:22 Cövhər Dudayev - Telefon danışığının badına getmiş çeçen general 21 Aprel 2021, 12:20 Ukraynada ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI 21 Aprel 2021, 12:16 Daha bir marşrutda ödəniş “BakıKart”la olacaq 21 Aprel 2021, 12:10 FHN əməliyyat görüntüləri yaydı - 2 meyit aşkar edilib - VİDEO 21 Aprel 2021, 12:04 Vaqif Qəhrəmanovun cərrahlıq “odisseyası” - FOTOLAR 21 Aprel 2021, 11:58 Rusiya “əsir məsələsi”ndə Ermənistanı DƏSTƏKLƏMƏDİ 21 Aprel 2021, 11:52 Prokurorluq həkim səhlənkarlığı ilə bağlı araşdırma aparır 21 Aprel 2021, 11:46 Dövlər başçısının  məsuliyyəti ilə populistin yanaşması fərqli məfhumlardır - MÜSAHİBƏ 21 Aprel 2021, 11:40 Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub 21 Aprel 2021, 11:34 Ən amansız müharibə cinayətləri Azərbaycana qarşı törədilib 21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42