Modern.az

Nazirliyin mətbuat katibi işdən çıxdı

Nazirliyin mətbuat katibi işdən çıxdı

Media

12 Fevral 2021, 16:26

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova öz ərizəsilə işdən ayrılıb.


Modern.az
-ın məlumatına görə, G.Gözəlova bu barədə sosial şəbəkə hesabında bildirib:

 

“Əziz dostlarım, həmkarlarım! Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!”.

Qeyd edək ki, Günel Gözəlova 2019-cu ilin mayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunmuşdu.

O, daha əvvəl “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də aparıcı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü