Arxiv
15 Fevral 2021, 15:42 | MEDİA
“Jurnalist cəmiyyətin həkimidir” - 52 yaşlı Akif Aşırlı

15 fevral tarixi “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının doğum günüdür. O, 1969-cu ilin bu günündə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsini bitirib.
BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur.

Modern.az-ın əməkdaşı Akif Aşırlı ilə söhbətləşib.

“Özümü başqa peşədə təsəvvür etmirəm”

- Artıq 30 ildir jurnalist olaraq fəaliyyət göstərirəm. Jurnalistika elə bir sahədir ki, onu hər gün yaşayırsan. Hər gün nəyisə düşünürsən, hansısa faktı təhlil edirsən. Eyni zamanda, ölkədə baş verən hadisələri və yaxud da cəmiyyətdə hansı boşluqların olduğunu görür, onları necə doldurmaq lazım olduğu haqda fikirləşirsən. Jurnalistika bir düşüncə elmidir. Bəzən deyirlər ki, jurnalistin şəxsi həyatı olmur, bu tam doğru olmasa da, müəyyən mənada həqiqətlər var. Biz hər gün faktlarla, müxtəılif hadisələrlə yaşayırıq, ona görə də həyatımızı jurnalistikaya bağlamışıq. Bu peşəni sevərəkdən gəlmişəm. Jurnalist cəmiyyətin həkimidir. Jurnalistika cəmiyyətdəki yaralara, xəstəliklərə müəyyən mənada təminat verən, diaqnoz qoyan, o yaraları sağaltmağa yönələn bir peşədir. Buna görə də özümü jurnalistikadan başqa hansısadigər peşədə təsəvvür etmirəm. Mən özümü ancaq jurnalistikada görürəm, tanrı nə qədər ömür veribsə, o ömrü ancaq bu peşəyə həsr etmək istəyirəm.


“Bundan sonrakı fəaliyyətim üçün çox planlarım var”


- Mətbuat tarixinə aid araşdırmalarım həddindən artıq çoxdur. 10 il əvvəl mətbuat tariximizi, jurnalistikanı yazmışdım, amma baxıram ki, orada müxtəlif düzəlişlər etmək lazımdır. Müəyyən boşluqlar var idi və o boşluqları doldurmaq istəyirəm. Bəzi yazıların üzərində işləyib tədqiqatlar aparmışam, amma sistemli bir kitab halına salmağa zamanım yoxdur. Nə olursa olsun çalışacam ki, bizim mətbuatımızın tarixini gələcək jurnalistlərimizdə öyrənsinlər. Biz nə qədər ayrı-ayrı jurnalistika məktəblərindən, qərb dəyərlərindən danışsaq da, babamız Həsən Bəy Zərdabidir. Zərdabidən sonra jurnalistikaya öz qatqılarını verən böyük ziyalılarımız, publisistlərimiz, mətbuat orqanlarımız olub. Onlar ayrı-ayrı məktəblərdir. Azərbaycanın dövlət quruculuğu prosesi mətbuatdan başlayıb. Çalışmaq lazımdır ki, ənənələri qoruyaq, ənənələrin üzərində qurulmayan inkişafın sonu tənəzzülə məhkumdur.


“Gələcəkdə bizi peşəkar jurnalistlər gözləyir...”


- Artıq jurnalistikamıza yeni istedadlı gənclər axışır və mən çox sevinirəm ki, belə gəncliyimiz var. Bu gəncliyin Azərbaycan mətbuatını önə aparacağına çox böyük inamım var. Əvvəl pessimist əhval-ruhiyyə var idi, indi o əhval-ruhiyyədən əsər-əlamət yoxdur. Gənclərlə görüşürsən, söhbət edirsən, onların düşüncələri ilə tanış olursan insana ruh verirlər, gələcəyə qarşı inam bağışlayırlar. İnşallah, gələcəkdə bizi peşəkar jurnalistlər gözləyir.

Son olaraq bu gün doğum günüm münasibəti həm xaricdən,  həm də buradan məni təbrik edən hər kəsə, həmkarlarıma öz təşəkkürümü bildirirəm. Sosial şəbəkələrdə ünvanıma xoş sözlər yazırlar, təbrik edirlər, ayrı-ayrılıqda cavab verə bilmirəm. Sizin sayt vasitəsi ilə bir daha hər kəsə təşəkkür edirəm. Nə yaxşı ki, bu cür dostlarımız var. Bu cür insanlar həyatımızı zənginləşdirir...


Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48 Səhiyyə nazirinin səlahiyyətləri bu şəxsə həvalə olundu 23 Aprel 2021, 16:43 Son sutkada peyvənd olunanların sayı AÇIQLANDI 23 Aprel 2021, 16:38 Oqtay Şirəliyev nazir vəzifəsindən azad edildi   23 Aprel 2021, 16:33 Yoluxma azaldı, sağalanların sayı artdı - 33 nəfər öldü 23 Aprel 2021, 16:28 Həkimlərin maaşına əlavənin verilmə müddəti uzadıldı 23 Aprel 2021, 16:22 Ermənilər öz basdırdıqları minaya düşürlər 23 Aprel 2021, 16:17