Arxiv
16 Fevral 2021, 13:34 | İQTİSADİYYAT
“Dünya iqtisadiyyatı çox təhlükəli dövrə qədəm qoyub” - İqtisadçıdan böhran PROQNOZU

“Dünya iqtisadiyyatı çox təhlükəli dövrə qədəm qoyub, artıq texniki analizlərin və iqtisadi məntiqin qətl olunduğu zamandayıq. Bunun əsas səbəbi dünya ölkələrinin iqtisadiyyata səpdikləri 15 trilyon dollardır, ucuz pullardır, demək olar ki, faizsiz kreditlərdir ki, onlar da real iqtisadiyyata getmədi, əksər vəsait investisiya fondlarına, banklara daxil oldu ki, bu da spekulyativ bazarı qızışdırır”.

Modern.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli iqtisadiyyatda yaranmış hazırkı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu gün birjalarda, “nə qədər pisdirsə, o qədər yaxşıdır” prinsipi işə düşüb – problemlər azalmır, virusun yeni ştamları yayılır, dünya daha sərt qapanır, iqtisadi münasibətlər və zəncirlər qırılır, BREXİT böyük problemlər yaradır, sərhədlər daha sərt qapanır:

“Amma bütün dünya birjalarında güllük-gülüstanlıqdır, bütün indekslər tarixi maksimumlardadır – bu məntiqli deyil, real deyil, bu yeni böyük “şarların”, “balonların” yaranması deməkdir və mütləq yeni böhran dalğalarını yaradacaq faktordur”.


N.Cəfərli deyir ki, bütün xammal qiymətləri şişir – amma dünyada ÜDM azalıb, aktivlik minimum səviyyədədir ki, belə ola bilməz:


“Bu məsələ neft qiymətlərinə də aiddir, sadəcə bu sahə spesefikdir - əsl süni qiymət artımıdır, kartel sövdələşməsidir, əslində cinayətdir. OPEC+ ölkələri süni şəkildə hasilatı azaldıb qiyməti şişirdirlər, gün kimi aydndır ki, müvəqqəti məsələdir, amma hələ ki, işləyir. Neftə təlabat artıbmı ki, qiymətlər şişsin?! Yox, artmayıb, bu il dünyada neftə təlabat 2019-cu ildən 7-8 mln. barel az olacaq. Bir daha: təsəvvür edin ki, hər hansı bir sahədə eyni məhsulu istehsal edənlər (məsələn, smartfonlar, bazarın 80%-nə cəmi 3-4 şirkət nəzarət edir) “TELPEC” adlı qurum yaradırlar, məsələn, Vyanada görüşürlər və deyirlər ki, camaatın canı cəhənnəmə, gəlin sözü bir yerə qoyaq, istehsalı 20% azaldaq ki, qiymət 20% artsın – bilirsiz nə həngamə qopar?! Bütün şirkətlərə  cəzalar yağar, milyardlarla dollarlıq cəza kəsilər, anti-inhisar orqanları o şirkətləri didərlər. Amma neftdə bu işləyir – yığışırlar, deyirlər ki, gəlin qiyməti artıraq, hasilatı süni azaldaq, qoy dünyada 7-8 mlrd. insan, istehlakçı daha baha benzin alsın, bu cinayətdir, əsl kartel sövdələşməsi nümunəsidir. Ona görə də, an yetişən kimi OPEC-lə də bağlı bənzər qərarlar alınacaq, indi ona görə qərarlar yoxdur ki, bu ABŞ istehsalçılarına sərf edir – OPEC+ hasilatı azaldır, qiymət qalxır, həmən slans neft hasilatı daha rentabelli olur, “slans klapanı” açılır, qiymətlər yenidən düşməyə başlayır. İndi də eyni şey olacaq, bu gün 63 dollar olan neft, cəmi 2-3 aya yenidən 50-55 koridoruna qayıdacaq”.



Ekspertin qənaətinə görə, başqa bütün əmtəələrdə də eyni vəziyyətdi:

“Bu gün mis qiymətləri tarixi maksimuma qalxıb, araşdırırsan ki, səbəbi nədir, ehtimallar və şayiələrdən başqa heç nə yoxdur, güya, Çində istehsal yüksələcək, ona görə də xammalar bahalaşır. Çin istehsalı artıra bilər, amma kimə satacaq?! Dünya hələ qapalı, tələb hələ çox aşağıdır axı – bunu izah edən varmı?! Yoxdur, deməli, süni balonlar yaranır, səhm bazarı ancaq “havayı pullara” görə şişir, şayiələrdən və primitiv manipulyasiyalardan qidalanır. Sabah o havayı pullar bazarlardan çəkilməyə başlayan kimi bütün balonlar bir-bir partlayacaq və dünya 2008-09-cu illərdə baş verən böhranın daha böyüyünü yaşayacaq.

Ona görə də deyirəm, bəli, indi riskli pul qazanmaq olur, əsl zamanıdır, speklyativ dövrdür, amma orta-uzun vadədə böyük böhrana da hazır olun”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya AVRO-2020-dən imtina etdi 22 Aprel 2021, 01:00 Saxta koronavirus peyvəndləri aşkarlandı 22 Aprel 2021, 00:53 36 yaşlı Yakub Kulqanek Çexiyanın xarici işlər naziri təyin edildi 22 Aprel 2021, 00:47 Milli Məclisin bitərəf deputatları TOPLAŞIR 22 Aprel 2021, 00:34 Gimnastımız Avropa Çempionatının finalına çıxdı 22 Aprel 2021, 00:23 Moskvada "Navalnıya azadlıq" aksiyası 22 Aprel 2021, 00:06 Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür 21 Aprel 2021, 23:54 Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 21 Aprel 2021, 23:39 Goranboyda azyaşlını it dişlədi 21 Aprel 2021, 23:22 Bakıda sökülməkdə olan evlərdə yanğın 21 Aprel 2021, 23:07 Paşinyanın evinin qarşısında aksiya - VİDEO 21 Aprel 2021, 22:59 "Qarabağ" "Sumqayıt"la sülh bağladı - Azərbaycan Kuboku 21 Aprel 2021, 22:48 Dünyanı dünyanın başına YIXACAQ(MI?) 21 Aprel 2021, 22:41 Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO 21 Aprel 2021, 22:37 Paytaxtda gənc qızı maşın vurdu 21 Aprel 2021, 22:33 Mariya Stadnik Avropa çempionatının finalında - FOTO 21 Aprel 2021, 22:22 "Real"ın futbolçusu koronavirusa yoluxdu 21 Aprel 2021, 22:10 Göygöldə qadın sirkə turşusu içib zəhərləndi 21 Aprel 2021, 21:55 BMT baş katibi Zelenski ilə danışdı 21 Aprel 2021, 21:41 Türkiyədə koronavirusla bağlı vəziyyət daha da pisləşdi 21 Aprel 2021, 21:23 Paşinyanın kortejini saxlayanlar cəzalandırılacaq 21 Aprel 2021, 21:08 Kürdə xilas edilən şəxs daha sonra qollarını doğradı 21 Aprel 2021, 20:55 Çempionlar Liqasının kuboku İstanbula gətirildi 21 Aprel 2021, 20:41 Çində peyvənd olunanların sayı açıqlandı 21 Aprel 2021, 20:29 Avrokomissardan Azərbaycan və Ermənistana çağırış: "Münaqişə bitib, barışmaq vaxtı çatıb" 21 Aprel 2021, 20:15 Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanada öldü 21 Aprel 2021, 20:04 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 21 Aprel 2021, 19:10 Millimizə "Kasımpaşa"dan oyunçu çağırılıb 21 Aprel 2021, 19:02 Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb 21 Aprel 2021, 18:55 MSK-nın tərkibi yenidən formalaşdırılır - Namizədlər kimlər olacaq? 21 Aprel 2021, 18:48 Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə rəhbərliyi ilə məşğələ keçirilib - VİDEO 21 Aprel 2021, 18:40 Lukaşenko sabah Putinlə görüşəcək 21 Aprel 2021, 18:32 “Gilan”a məxsus obyektdə qanunsuzluqlar AŞKARLANDI 21 Aprel 2021, 18:25 Rusiya 10 amerikalı diplomatı ölkədən qovur 21 Aprel 2021, 18:17 Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara CAVAB 21 Aprel 2021, 18:08