Arxiv
22 Fevral 2021, 18:50 | DİASPOR
"Xocalı soyqırımına İordaniyadan baxış" mövzusunda videogörüş keçirilib

İordaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun üzvü, Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin İordaniya üzrə koordinatoru Samia Xamisin təşkilatçılığı ilə "Xocalı soyqırımının 29-cu ildönümü - İordaniyadan baxış" mövzusunda videogörüş keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, iordaniyalı tarixçi-yazıçı Dr.Omar Al-Armouti və İordaniyanın Əl-Beyt Universitetinn Fars dili və Ədəbiyyatı üzrə professoru Dr.Abdel Kareem Jaradatin iştirakı ilə baş tutan görüşdə Azərbaycan həqiqətləri, İordaniya Senatının Xocalı şəhərində törədilmiş cinayət aktını pisləyən bəyanatı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, beynəlxalq hüquq normaları və s. barədə məsələlərə toxunulub.

 

Xocalıda baş verənləri "insan ağlının təsəvvür edə bilməyəcəyi hadisə" adlandıran qonaqlar birmənalı şəkildə bildiriblər ki, İordaniyanın rəsmi qurumları bu qətliamı Azərbaycan xalqına qarşı törədilmiş soyqırım kimi qəbul edirlər.

 

Dr.Armouti qeyd edib ki, indiki Azərbaycanı 30 il öncəki dövrlə müqayisə etmək qeyri-mümkündür. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərqərar edən Azərbaycanın ordusu formalaşmamışdı və Ermənistan havadarlarının köməyilə ərazilərimizin 20%-ni işğal etdi. Bu zaman çoxsaylı hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımı törədildi. Lakin illər sonra Cənubi Qafqaz regionunun güclü dövlətinə çevrilən Azərbaycan ötən ilin sentyabr-noyabr aylarında əzəli torpaqlarını Ermənistanın 30 ilə yaxın sürən işğalından azad etdi.

 

Dr.Abdelkareem Jaradat deyib ki, rəsmi İrəvanın tutduğu yol Ermənistanın məhv olmasına gətirib çıxara, təcavüzkar və revanşist siyasətin davam etdirilməsi erməni xalqına böyük zərər vura bilər. Ermənistan kimi yoxsul və böyük iqtisadi problemləri olan ölkənin sülh və dinc yaşamaq yolu tutmasının, barış və mehriban qonşuluq siyasəti nəticəsində əldə edə biləcəyi qazancı düşünməsinin vacibliyi vurğulanıb.

 

Natiqlər Azərbaycana olan sevgi və minnətdarlıqlarını ifadə edərək, Prezident İlham Əliyevin və Kral II Abdullahın ölkələrimizə dost və qardaş münasibətilə yanaşdıqlarını, bir çox regional və beynəlxalq məsələlərdə iki dövlət arasında böyük razılaşmaların mövcud olduğunu xatırladıblar. Dr.Omar Al-Armoutinin Azərbaycan haqqında yazdığı "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" və "İordaniya-Azərbaycan münasibətlərindəki mühüm mərhələlər" adlı kitablarının Azərbaycan dilinə tərcümə edildiyi nəzərə çatdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İndoneziyada 5.5 bal gücündə zəlzələ olub 8 mart 2021, 19:11 Koronavirusa yoluxanların sayı azaldı: 6 nəfər öldü 8 mart 2021, 18:12 Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? – FOTO 8 mart 2021, 17:40 Daha bir ölkə turistlər üçün karantin müddətini azaldacaq 8 mart 2021, 17:29 Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI 8 mart 2021, 17:07 Ukraynada oynayan futbolçu Azərbaycan yığmasının üzvü ola bilər 8 mart 2021, 16:45 Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07