Arxiv
27 Fevral 2021, 20:05 | AKTUAL
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirildi

Diasporla İş üzrə Dövlət Komitəsinin və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinə hüquqi baxış: BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” mövzusunda Beynəlxalq Onlayn Simpozium keçirilib.

 

Modern.az xəbər verir ki, Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş Simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, İsveç, Qazaxıstandan olan alimlər, dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın diaspor nümayəndəsi, fəal gənc dinləyici qoşulub.

 

Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayan tədbiri açıq elan edən Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Komitə rəhbərliyinin salamlarını iştirakçılara çatdırıb, simpoziumun keçirilməsinin əhəmiyyəti, milli və bəşəri mahiyyəti barədə ətraflı çıxış edib.

 

Sonra Simpozium öz işini Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin moderatorluğu ilə davam etdirib.

 

Daha sonra professor Əmir Əliyevin “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvidə”, Türkiyənin İstanbul Universitetinin Hüquq fakültəsinin Hüquq tarixi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Fethi Gediklinin “Xocalı soyqırımına hüquqi yanaşmanın əhəmiyyəti”, İsveçin Malmö Universitetinin Qlobal Siyasi Tədqiqatlar İnstitutunun tədqiqatçısı, hüquq elmləri doktoru,  professor Kamal Əliyevin “Xocalı soyqırımı - beynəlxalq humanitar hüquq kontekstində”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədovun “Soyqırımı cinayətinin tanıdılması istiqamətində diaspor fəaliyyətinin təşkili və beynəlxalq hüquq”, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Dövlət və Hüquq İnstitutunun direktoru, Qazaxıstan Beynəlxalq Hüquq Assosiasiyasının Prezidenti, professor Aron Salimqereyin “Xocalı faciəsi - Azərbaycan xalqına qarşı beynəlxalq cinayətdir: siyasi və hüquqi aspektlər”, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, professor Cavid Abdullazadənin  “Xocalı soyqırımına görə Ermənistan dövlətinin beynəlxalq məsuliyyəti”,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadənin “Soyqırımı və məcburi köçkünlərin pozulmuş hüquqları” mövzusunda məruzələri dinlənilib.

 

Türkiyəli professor Fethi Gedikli öz çıxışında Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və müvafiq beynəlxalq məhkəmə orqanlarında bu cinayəti törədən Ermənistanın o vaxtkı rəhbərliyinin məsuliyyətə cəlb edilməsinin xüsusilə vacib olduğunu qeyd edib.

 

Qazaxıstanlı professor Aron Salimqerey isə çıxışında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi faktlarla tam əsassız olduğunu səsləndirib. Daha sonra, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş erməni cinayətkar qruplarının beynəlxalq hüquq əsasında cəzalandırılmasının dünya miqyasında əhəmiyyətindən və bu istiqamətində qarşıda dayanan vəzifələrdən danışıb.

 

Digər məruzələrdə də bu istiqamətdə əsaslandırılmış elmi fikirlər irəli sürülüb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsinin iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olduğu vurğulanıb. Bu istiqamətdə Ermənistan dövlətinə qarşı beynəlxalq məsuliyyət tədbirlərinin görülməsinin zəruriliyi bildirilib.

 

Sonda, Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev bağlanış nitqi söyləyib, iştirakçılara simpoziuma qatıldıqlarına və dəyərli məruzələrinə görə minnətdarlığını ifadə edib. Bu xüsusda, əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya AVRO-2020-dən imtina etdi 22 Aprel 2021, 01:00 Saxta koronavirus peyvəndləri aşkarlandı 22 Aprel 2021, 00:53 36 yaşlı Yakub Kulqanek Çexiyanın xarici işlər naziri təyin edildi 22 Aprel 2021, 00:47 Milli Məclisin bitərəf deputatları TOPLAŞIR 22 Aprel 2021, 00:34 Gimnastımız Avropa Çempionatının finalına çıxdı 22 Aprel 2021, 00:23 Moskvada "Navalnıya azadlıq" aksiyası 22 Aprel 2021, 00:06 Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür 21 Aprel 2021, 23:54 Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 21 Aprel 2021, 23:39 Goranboyda azyaşlını it dişlədi 21 Aprel 2021, 23:22 Bakıda sökülməkdə olan evlərdə yanğın 21 Aprel 2021, 23:07 Paşinyanın evinin qarşısında aksiya - VİDEO 21 Aprel 2021, 22:59 "Qarabağ" "Sumqayıt"la sülh bağladı - Azərbaycan Kuboku 21 Aprel 2021, 22:48 Dünyanı dünyanın başına YIXACAQ(MI?) 21 Aprel 2021, 22:41 Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO 21 Aprel 2021, 22:37 Paytaxtda gənc qızı maşın vurdu 21 Aprel 2021, 22:33 Mariya Stadnik Avropa çempionatının finalında - FOTO 21 Aprel 2021, 22:22 "Real"ın futbolçusu koronavirusa yoluxdu 21 Aprel 2021, 22:10 Göygöldə qadın sirkə turşusu içib zəhərləndi 21 Aprel 2021, 21:55 BMT baş katibi Zelenski ilə danışdı 21 Aprel 2021, 21:41 Türkiyədə koronavirusla bağlı vəziyyət daha da pisləşdi 21 Aprel 2021, 21:23 Paşinyanın kortejini saxlayanlar cəzalandırılacaq 21 Aprel 2021, 21:08 Kürdə xilas edilən şəxs daha sonra qollarını doğradı 21 Aprel 2021, 20:55 Çempionlar Liqasının kuboku İstanbula gətirildi 21 Aprel 2021, 20:41 Çində peyvənd olunanların sayı açıqlandı 21 Aprel 2021, 20:29 Avrokomissardan Azərbaycan və Ermənistana çağırış: "Münaqişə bitib, barışmaq vaxtı çatıb" 21 Aprel 2021, 20:15 Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanada öldü 21 Aprel 2021, 20:04 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 21 Aprel 2021, 19:10 Millimizə "Kasımpaşa"dan oyunçu çağırılıb 21 Aprel 2021, 19:02 Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb 21 Aprel 2021, 18:55 MSK-nın tərkibi yenidən formalaşdırılır - Namizədlər kimlər olacaq? 21 Aprel 2021, 18:48 Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə rəhbərliyi ilə məşğələ keçirilib - VİDEO 21 Aprel 2021, 18:40 Lukaşenko sabah Putinlə görüşəcək 21 Aprel 2021, 18:32 “Gilan”a məxsus obyektdə qanunsuzluqlar AŞKARLANDI 21 Aprel 2021, 18:25 Rusiya 10 amerikalı diplomatı ölkədən qovur 21 Aprel 2021, 18:17 Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara CAVAB 21 Aprel 2021, 18:08