Modern.az

İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı

İrəvanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı

Aktual

27 Fevral 2021, 20:46

Ermənistanın paytaxtı İrəvanda ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları yenidən Baqramyan prospektinə, parlament binasının qarşısına qayıdıb.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, onlar bundan əvvəl Paşinyanın əleyhinə şüarlar və təhqirlər səsləndirərək İrəvan mərkəzində bir neçə kilometr irəliləyiblər. İndi isə Baqramyan prospektinə qayıdırlar.

 

Aksiyada bir neçə min insan iştirak edir. Hələlik polislə etirazçılar arasında hər hansı qarşıdurma yaranmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV