Arxiv
4 mart 2021, 10:06 | ÖLKƏ
Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək və mətbuatda gedən yazılarda qeyd edilir ki, qurumun rəhbər strukturlarında çox ciddi dəyişikliklər olacaq. Dünən “aspolitika.info” saytının əməkdaşı Rasim Əliyevin yazısında da bu kadr dəyişiklikləri ilə bağlı bir çox məqamlara aydınlıq gətirilib. Amma yazıda diqqətimizi cəlb edən məqam sabiq deputat Çingiz Qənizadənin də Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarında təmsil olunması ilə bağlı fikirlərdir. 


Ölkənin ictimasi-siyasi həyatında aktiv olan Çingiz Qənizadə birdən-birə Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq üçün ölkə rəhbərliyinə müraciət etdi. Nəzərə alsaq ki, mətbuatda və televiziyalarda gedən debatlarda hakim partiya təmsilçilərinə və partiyanın üzvü olub vəzifə tutan şəxslərə qarşı çox ciddi ittihamlar irəli sürülür, onda belə bir vaxtda Çingiz Qənizadənin transfer etməsi biraz müəmmalı göründü. İctimai rəydə hakim partiya üzvlərinə qarşı mənfi fikirlər formalaşdığı bir anda imici ictimai rəydə müsbət olan, heç bir halda reputasiyası korlanmıyan şəxsin YAP-a transfer etməsi bəzilərində belə bir fikir yaratdı ki, Çingiz Qənizadəyə qarşı həm müxalifətdən, həm də ictimaiyyət tərəfindən təpkilər olacaq. Amma görünən bu oldu ki, Çingiz Qənizadənin transferi etməsinə qarşı mətbuatda və sosial şəbəkələrdə hər hansı mənfi fikirlər söylənilmədi. Əksinə, bir çox YAP-çılar tərəfindən Çingiz Qənizadənin hakim partiyaya transfer olunması alqışlandı. Bu yəqin ki, ondan irəli gəlir ki, Çingiz Qənizadə həm müxalifət, həm də iqtidar tərəfindən qəbul edilən siyasi bir fiqurdur. 


Məlumat üçün onu da qeyd edək ki, son illərdə ölkədə hansısa tanınmış simalardan YAP-a transferin şahidi olmamışıq.


Həmişə həqiqəti söyləyən hüquq müdafiəçisi Çingiz Qənizadə, həm də siyasətçi kimi ölkənin ictimasi-siyasi həyatında aktiv fəaliyyətinə görə 2017-ci ildə prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Həmçinin, Çingiz Qənizadə hüquq üzrə fəlsəfə doktorudur. Artıq uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərir. 


Pandemiya dövrü və İkinci Qarabağ savaşı başlayandan və sonraki günlərdə demək olar ki, hər gün telekanallarda ölkədə baş verən hadisələrlə bağlı öz çıxışları ilə tamaşaçılar qarşısında göründü. Çingiz Qənizadə ölkənin, ordunun və prezidentin yanında olmağı bacardı. 


Əli Əhmədovun, Mübariz Qurbanlının və digərlərinin AMİP-dən transfer edərək YAP-a gəlməsi və daha sonra YAP-ın rəhbərliyində təmsil olunmasını nəzərə alsaq, həqiqətən də Çingiz Qənizadə haqqında son günlər mətbuatda gedən fikirlər özünü doğrulda bilər. 


Modern.az saytının əməkdaşı mətbuatda gedən fikirlərlə bağlı Çingiz Qənizadə ilə əlaqə saxlayıb. 


Ç.Qənizadə qeyd edib ki, YAP-da vəzifə alacağı barədə hər hansı bir məlumata malik deyil və o, partiyanın siravi əsgəridir. 


Fidan İLQARQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir marşrutda ödəniş “BakıKart”la olacaq 21 Aprel 2021, 12:11 FHN əməliyyat görüntüləri yaydı - 2 meyit aşkar edilib - VİDEO 21 Aprel 2021, 12:04 Vaqif Qəhrəmanovun cərrahlıq “odisseyası” - FOTOLAR 21 Aprel 2021, 11:58 Rusiya “əsir məsələsi”ndə Ermənistanı DƏSTƏKLƏMƏDI 21 Aprel 2021, 11:52 Prokurorluq həkim səhlənkarlığı ilə bağlı araşdırma aparır 21 Aprel 2021, 11:46 Dövlət başçısının məsuliyyəti ilə populistin yanaşması fərqli məfhumlardır -MÜSAHİBƏ 21 Aprel 2021, 11:40 Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub 21 Aprel 2021, 11:34 Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsdilər - VİDEO 21 Aprel 2021, 11:28 Ən amansız müharibə cinayətləri Azərbaycana qarşı törədilib 21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23