Modern.az

Ermənistanda Türkiyə məhsullarına qadağanın uzadılması tələb edildi

Ermənistanda Türkiyə məhsullarına qadağanın uzadılması tələb edildi

4 Mart 2021, 20:06

“Türkiyə mallarının idxalına tətbiq olunan qadağa uzadılmalıdır”.

 

Modern.az “Sputnik”ə istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə çıxışı zamanı deyib.

 

“Siyasi və digər prioritetlər mane olmayacağı halda, qadağanın uzadılmasının zəruri olduğunu düşünürük.

 

Sahibkarlıq subyektlərinə yenidən qoşulmaq, investisiya yatırmaq, rəqabət qabiliyyətini artıracaq bazar həcmləri və məhsulları almaq üçün kifayət qədər zaman vermək məntiqli olar”, - nazir əlavə edib.  

V.Kerobyanın sözlərinə görə, yerli istehsalçını qorumalarına baxmayaraq, açıq iqtisadiyyatın tərəfindədirlər.

Nazir bundan əvvəl Türkiyə mallarına tətbiq olunan qadağanın 2 min 200-dən çox məhsulu əhatə etdiyini açıqlamışdı.

 

Ölkə hökumətinin Türkiyə mallarını yerli məhsullarla əvəz etməyə fokuslandığı, bundan başqa, Avrasiya İqtisadi Birliyi ölkələri, İran və Çindən idxala üstünlük verdiyi bildirilmişdi.

 

 
 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir