Arxiv
5 mart 2021, 13:36 | AKTUAL
İqdır Fondundan örnək addım

Köln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk və Böyük Türk Qurultayı üçün Çağırış Komitəsinin rəhbəri İbrahim Xəlil Balayoğulları Türkiyədə fəaliyyət göstərən İqdır Fondunda görüş keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Ufuk Kamal Ufuk məlumat verib.

 

Onun sözlərinə görə, fondun Almaniya və Avropanın müxtəlif bölgələrində fəaliyyətinin genişləndirilməsi müzakirə edilib. Bundan başqa milli məsələlər, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycanın Qarabağ zəfəri barədə söhbət açılıb. Bu zəfərin bütün türk dünyasının qələbəsi olduğu önə çəkilib və bundan sonra ölkələrimizin inkişafını heç bir qüvvənin əngəlləyə bilməyəcəyi diqqətə çatdırılıb.

 

Qeyd edək ki, İqdır Fondu Türkiyədə İqdır bölgəsinin, Türkiyənin xaricində isə başda Azərbaycan olmaqla Türk Dünyasının təhsil, mədəniyyət və iqtisadi sahələrinə dəstək verməyi əsas məqsəd olaraq görür. Bu qurum iqdırlılar tərəfindən təşkil edilən ilk fonddur.

 

Fondun rəhbərliyini hazırda Ədalət Naziriliyində dairə başqanı, hakim Özgür İnan Zor həyata keçirir. Fond xüsusilə Azərbaycan-Türk mədəniyyətinin tanıdılması, qorunması və genişləndirilməsi üçün fəaliyyət göstərməkdədir. İqdır Fondu bir ildən az bir müddətdə 150 azərbaycanlı və türkiyəli üniversitet tələbəsinə təhsil təqaüdü təsis edib.

 

Bundan başqa fond nəzdində Azərbaycan tarı və Azərbaycan milli sazı təhsili verilir. Azərbaycanlı tələbələrə maddi və mənəvi olaraq dəstək göstərilir. 

 

Digər tərəfdən Qarabağ savaşında şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq üçün İqdır bölgəsində bir meşə salınacaq. Meşə ərazisinə 2783 ting əkiləcək. Buraya “İqdır Vəqfi Qarabağ Şəhidləri Ormanı” adı veriləcək.  Mart ayı ərzində bu fəaliyyət gerçəkləşdiriləcək.

 

Vəqfin loqosu üç rəngli Bayrağımızdan ilham alınaraq hazırlanıb. İqdır Fondunun hədəfi Azərbaycan türklərinin təhsil, həmrəylik və mədəniyyət ocağı olmaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyevin AzTV-yə MÜSAHİBƏSİ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06 İranda prezident Ruhaniyə qarşı İTTİHAM 20 Aprel 2021, 17:00 Xankəndidə erməni qız rus sülhməramlıdan HAMİLƏ QALDI 20 Aprel 2021, 16:54 İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ 20 Aprel 2021, 16:53 Hadrutda daha 2 erməni hərbçinin meyiti tapıldı 20 Aprel 2021, 16:48 Çingiz Abdullayev: “Gülüş ən qorxunc silahdır” 20 Aprel 2021, 16:47 Azərbaycanda daha 14830  nəfərə vaksin vuruldu 20 Aprel 2021, 16:42