Modern.az

Baş Prokurorluq sabiq nazirin həbsini TƏSDİQLƏDİ

Baş Prokurorluq sabiq nazirin həbsini TƏSDİQLƏDİ

9 Mart 2021, 11:33

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Baş Prokurorluğun mətbuat xidməti Modern.az-a bildirib ki, Əhməd Əhmədovun həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

 

Xatırladaq ki, mətbuatda Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Ə.Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilmişdi.

 

O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır