Modern.az

Ən mübarək Novruzum...

Ən mübarək Novruzum...

Mədəni̇yyət

21 Mart 2021, 12:10

İlhamə QASIMLI,

Ankara

 

Bəzən yuxularımda anamı heç ölməyibmiş kimi görürəm. Görürəm ki, sən demə, anamın ölməsi yanlışmış, geri gəlib, mənimlə bir aradadır. Anasını itirmiş yetim adamla anası ilə birlikdə xoşbəxt yaşayan adamın hisslərini eyni vaxtda yaşayıram bəhs etdiyim yuxularımda.

 

Şuşada Novruz tonqalını izlədikcə yuxumdakı o ikili hissləri yaşayıram. Hələ bir il, hətta ondan da az, əvvəl Şuşasız idik. Bayram təbriklərində verilən ümidlər belə, bizə siyasi spekulyasiya, özümüzü aldatdığımız arzu kimi görünürdü. Bəlkə Şuşa, Qarabağ arzularımızı gömmüşdük də. Dünənki videoda Azərbaycan prezidentinin Şuşada tonqal yandırdığını izlədikcə "Şuşaya bir daha sahib ola bilməyəcəyimiz yalanmış" düşünürəm.


...Və sonra ağlıma bir qorxu gəlir - yoxsa yuxudayam?! Yoxsa bir azdan yenə bu xoşbəxt anlar bir andaca əriyib gedəcək və mən yenə torpağı işğal altında qalmağın əzikliyi ilə yaşadığım real həyata gözümü açacam?!


Mənimçün virual Vətənə çevrilmiş facebook paylaşımlarına baxdıqca, prezident İlham Əliyevin Şuşa yollarında maşın sürüb başı dumanlı dağlarından bəhs etməsini izlədikcə inanmağa başladım ki, mən artıq real həyatdayam. 30 illik qorxunc yuxu bitdi və Şuşa gerçəkdən bizimdir! Bayramımın bu qədər mübarək olduğu il xatırlamıram.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər