Arxiv
30 mart 2021, 16:38 | MEDİA
Baş Prokurorluqdan həbsdəki jurnalistin xanımına XƏBƏRDARLIQ

“Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradov və “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslər ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən cinayət başında yaxalanmış və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.

 

Bu barədə Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, Əfqan Sadıqov və Sakit Muradovun Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 3 noyabr 2020-ci il tarixli hökmü ilə Əfqan Sadıqov 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə hökm Əfqan Sadıqova münasibətdə dəyişdirilməklə, təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilib.

 

Habelə həmin hökmlə Sakit Muradov qeyd edilən maddələrlə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, ibtidai istintaq və məhkəmə baxışı zamanı nümayiş etdirdiyi səmimi etiraf,  peşmançılıq və digər bu kimi yüngülləşdirici hallar nəzərə alınaraq ona təyin edilmiş cəza cinayət qanunvericiliyinə müvafiq olaraq 3 il sınaq müddəti ilə şərti hesab edilib.

 

Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Əfqan Sadıqovun təqsirləndirildiyi cinayət işi üzrə sonuncunun həyat yoldaşı Sevinc Sadıqova və özünü müxalifət adlandıran bəzi məsuliyyətsiz qruplaşmalar tərəfindən ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etmək məqsədi güdən bu növ bəyanatların yayılması ilə Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyası aparılaraq həyata keçirilən hüquqi tədbirlərin üzərinə kölgə salmağa yönələn məlumatlar yayılır.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha həqiqətə uyğun olmayan informasiyaları yaymaqla ictimai çaşqınlığa səbəb olan kütləvi informasiya vasitələrini bu sahədə milli qanunvericiliyin tələblərinə riayət etməyə, dəqiqləşdirilmə¬miş, qərəzli, mənbəyi məlum olmayan, konkret hadisələrin mahiyyətini təhrif edən informasiyaların yayımlanmasına yol verməməyə çağırır.

 

Eyni zamanda, Baş Prokurorluq bu tipli yalan və qərəzli məlumatları yayan, habelə sosial şəbəkə və kütləvi informasiya vasitələrinə ötürən şəxslərə, o cümlədən vətəndaş Sevinc Sadıqovaya həmin qanunsuz əməllərin davam etdiriləcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edərək onları bu növ hüquqazidd hərəkətlərdən çəkinməyə çağırır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hindistanda leysan zamanı 18 nəfər öldü 18 Oktyabr 2021, 00:50 “Google”dan müstəqilliyimizin bərpası gününə özəl dudl 18 Oktyabr 2021, 00:30 Xudafərinin işğaldan azad edilməsinin ildönümüdür 18 Oktyabr 2021, 00:15 Müstəqilliyimizin bərpasından 30 İL ÖTÜR 18 Oktyabr 2021, 00:00 Fransanın Belarusdakı səfiri ölkəni tərk etdi 17 Oktyabr 2021, 23:38 22 yaşlı oğlan məktəbin həyətində özünü asdı 17 Oktyabr 2021, 23:15 Tehranda Müstəqilliyin Bərpası Günü qeyd olundu 17 Oktyabr 2021, 22:53 Suriyada yeni konstitusiyanın hazırlanması barədə razılıq 17 Oktyabr 2021, 22:30 Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 4-cü yeri tutdu 17 Oktyabr 2021, 22:14 Zəngilanda qurulan “Ağıllı kənd” - VİDEO 17 Oktyabr 2021, 21:56 Klinton xəstəxanadan evə buraxıldı 17 Oktyabr 2021, 21:37 Qətərin XİN başçısı Azərbaycana gəlir 17 Oktyabr 2021, 21:14 Mehriban Əliyeva Vətən Müharibəsi Qəhrəmanları ilə GÖRÜŞDÜ 17 Oktyabr 2021, 20:59 "Qarabağ" "Sabah"a qalib gəldi 17 Oktyabr 2021, 20:40 QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi 17 Oktyabr 2021, 20:28 Daha bir avtobusda gediş haqqı kartla ödəniləcək 17 Oktyabr 2021, 20:15 Azərbaycanla bağlı məlumatlar London bilbordlarında 17 Oktyabr 2021, 19:39 İlham Əliyev: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi" 17 Oktyabr 2021, 19:21 “Neftçi”-“Sumqayıt” oyunu heç-heçə başa çatdı 17 Oktyabr 2021, 19:20 "18 oktyabrı böyük təmtəraqla qeyd etmək yersizdir" - Prezident 17 Oktyabr 2021, 19:17 Füzuli Memorial Kompleksinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 19:13 İlham Əliyev və birinci xanım Füzuli Mərkəzi Şəhər parkında 17 Oktyabr 2021, 19:12 Prezident və birinci xanım Füzuli aeroportunda 17 Oktyabr 2021, 19:09 Prezident: "9 ayda neft sənayesi 20 faiz artıb" 17 Oktyabr 2021, 18:05 Prezidentdən memorial SƏRƏNCAMI 17 Oktyabr 2021, 17:59 İlham Əliyev: "O günü yaxınlaşdırmışıq” 17 Oktyabr 2021, 17:51 Prezident: "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır" 17 Oktyabr 2021, 17:49 Vaksinasiyadan keçənlərin bu günə olan statistikası 17 Oktyabr 2021, 17:40 Bu gün yoluxanların sayı  17 Oktyabr 2021, 17:38 Avstraliyada şəhidlərimizin xatirə guşəsi 17 Oktyabr 2021, 17:30 Prezident: "Cəmi 8 ay ərzində... inşa edildi" 17 Oktyabr 2021, 17:28 “17 oktyabr tarixdə xüsusi yer tutacaq”  17 Oktyabr 2021, 17:22 Prezidentlə xanımı ictimaiyyət nümayəndələri ilə görüşdü 17 Oktyabr 2021, 17:14 Füzuli şəhərinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 17:12 Ərdoğan Afrika turuna çıxdı 17 Oktyabr 2021, 17:11