Modern.az

Növbəti həftə bağçalar  bağlanmır - Təhsil naziri

Növbəti həftə bağçalar  bağlanmır - Təhsil naziri

3 Aprel 2021, 16:32

"Bağçaların bağlanması ilə bağlı mediada xəbərlər getdi. Amma bildirmək istəyirəm ki, qarşıdakı günlərdə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət dayandırılmayacaq".

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında canlı yayımda sualları cavablandırarkən bildirib.

 

E. Əmrullayev bununla bağlı işləyən valideynlərdən, həmçinin özəl sektordan müaraciətlər daxil olduğunu deyib:

 

"Ona görə də növbəti həftə bağçalar bağlanmır, fəaliyyəti davam etdiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu