Azərbaycanda 2030-cu ilədək ümumi təhsil müəssisələrinin infrastruktur problemlərinin aradan qaldırılması hədəflənir. Hazırda qəzalı və yararsız vəziyyətdə olan məktəblərin sayı 400-ə yaxındır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin 3 komitəsinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin nazirinin müavini Kənan Kərimzadə deyib.
Nazir müavininin sözlərinə görə, 2026-2027-ci tədris ilində ölkənin təhsil sistemi ümumilikdə 2,2 milyon nəfəri əhatə edir. Onlardan 1,6 milyonu ümumi təhsildə, 260 mini ali təhsildə, 226 mini məktəbəqədər təhsildə, 64 mini orta ixtisas, 45 mini isə peşə təhsili pilləsində təhsil alır. Bu il 128 min uşaq birinci sinfə qəbul olunub.