Modern.az

Azərbaycanda işsizlik səviyyəsi azalacaq - Beynəlxalq Valyuta Fondu

Azərbaycanda işsizlik səviyyəsi azalacaq - Beynəlxalq Valyuta Fondu

7 Aprel 2021, 22:53

2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,8 faiz səviyyəsində proqnozlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatında qeyd olunub.

 

Hesabatda qeyd olunur ki, 2019-cu ildə bu göstərici 6,5 faiz təşkil edib.

 

BVF 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5,7 faizədək azalacağını proqnozlaşdırır.

 

Eyni zamanda BVF proqnozlarına əsasən, Azərbaycanda ümumi daxili məhsul 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz artacaq (trend).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi