Modern.az

Deputat avtobuslara qoyulan həftəsonu qadağasını götürməyi TƏKLİF ETDİ

Deputat avtobuslara qoyulan həftəsonu qadağasını götürməyi TƏKLİF ETDİ

14 Aprel 2021, 11:13

Son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artımlar müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirlərdi bir-birindən fərqlənir.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov ölkəmizdə pandemiya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən həftəsonları ictimai nəqliyyatın işləməməsi qadağasına diqqət çəkib:

 

“Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur. Bununla belə, xüsusən də şənbə günləri çalışanların bir qismi üçün həftəsonları ictimai nəqliyyatın işləməməsi xüsusi çətinliklər yaradır”.

 

V.Bayramov ictimai nəqliyyatda həftəsonu qadağasının aradan qaldırılmasını təklif edib:

“Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Məsələn, həftəsonları ictimai nəqliyyatın gecəyarısınadək deyil, səhər saatlarından axşam 20.00-dək işləyə bilər. Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğundur. Bu həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər