Modern.az

Makron ordunu müharibəyə hazırlaşmağa çağırdı

Makron ordunu müharibəyə hazırlaşmağa çağırdı

Dünya

14 İyul 2026, 04:45

Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələrinə müraciəti zamanı hərbçilərini gələcək münaqişələrə hazırlaşmağa çağırıb.

Modern.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Makron bildirib ki, Fransanın gələcək müharibələrə hazır olması bu gün davam edən münaqişələrdə uğur qazanmasından asılıdır.

O, Ukrayna, Yaxın və Orta Şərq, Afrika və Hind-Sakit okean regionunda Fransanın mövqelərinin qorunmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Fransa Prezidenti yaxın vaxtlarda ölkənin növbəti 10 il üçün milli müdafiə proqramını təqdim edəcəyini də bildirib.

Makron çıxışı zamanı Paris və Londonun təşəbbüsü ilə Ukraynaya dəstək məqsədilə yaradılan “Könüllülər koalisiyası”nı Avropanın öz təhlükəsizliyinə görə məsuliyyət götürməsinin nümunəsi adlandırıb. O qeyd edib ki, Avropa suveren dövlətlərin qərarlarına əsaslanaraq öz müdafiəsini gücləndirən bir gücə çevrilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...