Modern.az

Bu gecə nəhənglər savaşacaq: Fransa İspaniyaya qarşı

Bu gecə nəhənglər savaşacaq: Fransa İspaniyaya qarşı

İdman

14 İyul 2026, 09:38

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.

Modern.az xəbər verir ki, finala gedən yolda ilk vəsiqə uğrunda Avropanın iki nəhəng komandası – Fransa və İspaniya milliləri üz-üzə gələcək.

Dallas stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Salvadordan olan FIFA referisi İvan Barton idarə edəcək.

Bu cütün qalibi iyulun 19-da keçiriləcək finalda İngiltərə – Argentina yarımfinalının qalibi ilə qarşılaşacaq.

DÇ-2026, yarımfinal

14 iyul

23:00. Fransa – İspaniya

Baş hakim: İvan Barton (Salvador)

Stadion: Dallas stadionu (ABŞ)

Qeyd edək ki, dünya çempionatının final oyunu 19 iyul tarixində keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...