Modern.az

“Zamirə ilə açıq söhbət” - \"Space\"də yeni layihə

“Zamirə ilə açıq söhbət” - \

16 Aprel 2021, 13:55

“Space” TV-nin efirində yeni layihə yayımlanacaq. Verilişdə tanınmiş, cəmiyyətdə mövqeyi olan, sayılıb-seçilən, maraqlı və fərqli insanlarla açıq söhbət nəzərdə tutulub.

TV-dən Modern.az-a bildirilib ki, layihədə normal həyatda baş verənlərdən, bu günümüz və dünənimizdən, sevgidən, sevgisizlikdən, həmsöhbətlərin həyata baxışından, yanlış ve doğrulardan danışılacaq, mövzulara fərqli baxış, maraqlı fikirlər, kreativ yanaşmalar sərgilənəcək. Bu da qonaqların nə qədər səmimi, dürüst ve komplekssiz olmasından asılıdır.

"Düşünürük söylədikləri fikirlərin, verdikləri məsləhətlərin gənclərə, ümumiyyətlə cəmiyyətə bir faydası olacaq. Qəhrəmanları yanlışları və dogrularıyla göstərməyə çalışacağıq".

Verilişin ilk 3 sayı çəkilib - millət vəkili, yazıçı Aqil Abbas, xalq artisti, aktyor Rasim Balayev, tibb elmləri namizədi, alim Rəşid Mahmudov.

Veriliş həftənin cümə günü saat 23.00da efirə gedəcək.

Verilişin ilk təqdimatı - 16 aprel, saat 23.00

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir