Modern.az

AzTU təkrar ali təhsil almaq istəyənlərə şans yaratdı

AzTU təkrar ali təhsil almaq istəyənlərə şans yaratdı

20 Aprel 2021, 16:03

Azərbaycan Texniki Universiteti (AzTU) təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edib.

Texniki universitetdən Modern.az-a verilən məlumata görə, sənədlərin qəbulu 2021-ci il avqustun 31-dək onlayn formada həyata keçiriləcək:

2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada təkrar ali təhsil almaq olar:

ü  050401- Beynəlxalq ticarət və logistika

ü  050405- İqtisadiyyat

ü  050407- Marketinq

ü  050408- Menecment

ü  050604- Cihaz mühəndisliyi

ü  050606- Ekologiya mühəndisliyi

ü  050607- Elektirk və elektronika mühəndisliyi

ü  050608- Energetika mühəndisliyi

ü  050614- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

ü  050615- İnformasiya təhlükəsizliyi

ü  050616- İnformasiya texnologiyaları

ü  050618- Kimya mühəndisliyi

ü  050620- Kompüter mühəndisliyi

ü  050621- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

ü  050622- Maşın mühəndisliyi

ü  050623- Materiallar mühəndisliyi

ü  050624- Mədən mühəndisliyi

ü  050627- Metallurgiya mühəndisliyi

ü  050628- Mexanika mühəndisliyi

ü  050629- Mexatronika və robototexnika mühəndisliyi

ü  050630- Mühəndis fizikası

ü  050632- Nəqliyyat mühəndisliyi

ü  050634- Proseslərin avtomatlaşdırılması mühəndisliyi

ü  050636- Radiotexnika və telekommunikasiya mühəndisliyi

ü  050638- Sənaye mühəndisliyi

ü  050806- Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)

 

 

Təkrar ali təhsil almaq istəyənlər tələb olunan sənədləri www.aztu.edu.az saytının əlavə və distant təhsil bölməsindən və ya //tekrar-alitehsil.aztu.edu.az:9594/ linkindən qeydiyyatdan keçib yükləyə bilər. 

Təkrar ali təhsil almaq üçün tələb olunan sənədlər bunlardır:

  • Rektorun adına ərizə;
  • Diplom və əlavəsinin surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 ədəd fotoşəkil ( 3x4 ölçüdə);

1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin surətini təqdim etməlidir.

Təkrar ali təhsil ödənişli əsaslarla aparılır və təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında ödənilir.

Qeyd edək ki, hər hansı bir ixtisas üzrə sənədləri təqdim edən vətəndaşların sayı 7 nəfərdən az olduğu təqdirdə həmin ixtisas üzrə qəbul prosesi aparılmır.

 Mehri QURBAN

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər