Modern.az

Prokurorluq həkim səhlənkarlığı ilə bağlı araşdırma aparır

Prokurorluq həkim səhlənkarlığı ilə bağlı araşdırma aparır

Aktual

21 Aprel 2021, 11:46

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Bərdə rayon sakini Talıbov Orxan Telman oğlunun avtomobil qəzası nəticəsində aldığı xəsarətlə bağlı keçirdiyi əməliyyat zamanı həkim tərəfindən səhlənkarlığa yol verildiyi bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu səbəbdən vətəndaşın ayağında qüsurun yaranması, həmin faktla əlaqədar Bərdə rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, Orxan Talıbovun müraciəti üzrə hazırda Bərdə rayon prokurorluğunda araşdırma aparılır:

 

“Zəruri izahatların alınması təmin edilir, həmçinin müraciət müəllifi Orxan Talıbovun ayağının əməliyyatı zamanı hər-hansı tibbi personalın səhvinin olub-olmamasını müəyyən etmək məqsədilə komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.

Ekspertizanın rəyinə və digər toplanmış sübutlara əsasən cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq material üzrə qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır