Modern.az

Daha bir marşrutda ödəniş “BakıKart”la olacaq

Daha bir marşrutda ödəniş “BakıKart”la olacaq

Aktual

21 Aprel 2021, 12:10

Aprelin 23-dən 119 nömrəli marşrut xətti ( “Memar Əcəmi” m/s –Xırdalan şəhəri (O.Sarıvəlli küç.,)) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Bu barədə Modern.az-a məlumat evrən Bakı NəqliyyatAgentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bununla da gün ərzində orta hesabla 20.000 nəfərdən artıq sərnişinin rahat daşınması təmin olunacaq:

 

“Bildiyiniz kimi, nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir”.

O qeyd edib ki, bütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir:

 

“Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır