Modern.az

Goranboyda azyaşlını it dişlədi

Goranboyda azyaşlını it dişlədi

21 Aprel 2021, 23:22

Goranboyda 6 yaşlı uşağı it dişləyib.

 

Modern.az xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində baş verib.

 

2015-ci il təvəllüdlü qəsəbə sakini Məmmədov Yusif Teymur oğlu itin hücumuna məruz qalıb. Çoxsaylı dişlək xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralı uşağın vəziyyəti hazırda görülən tibbi yardım sayəsində stabilləşib. Daha sonra o, ambulator müalicə üçün evə buraxılıb (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?