 
                                Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Maqsud Nəcəfov vəfat edib.
 
 Modern.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər.
 
 Qeyd edək ki, Maqsud Nəcəfov bir müddət öncə insult keçirmişdi.
 
 Maqsud Nəcəfov Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak edən “91-lər”dəndir. O, tanınmış QHT təlimçisi və jurnalist Sənan Nəcəfovun atasıdır.
 
 Allah rəhmət eləsin.