Arxiv
28 Aprel 2021, 16:50 | MEDİA
Tanınmış jurnalist İctimai şuraların işini TƏNQİD ETDİ

“QHT sektorundan yaxından tanıdığım şəxslərin, jurnalist həmkarlarımın müxtəlif nazirlikərin, dövlət komitələrinin, digər rəsmi qurumların yanında fəaliyyət göstərən İctimai şuralarda təmsil olunması müsbət haldır. Effektiv ictimai nəzarət mexanizminin yaradılması ölkədə açıq cəmiyyət quruculuğunu gücləndirəcək, məmur özbaşınalığına son qoyacaq və vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsini təmin edəcəkdir”.

Modern.az xəbər verir ki, bu sözləri Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə İctimai şuraların fəaliyyətinə münasibət bildirərkən deyib. O qeyd edib ki, son bir neçə ildə dövlət qurumlarının yanında İctimai şuralar mövcud olsa da, onların fəaliyyəti bir o qədər də diqqəti cəlb etmir:

 

“Təəssüf ki, bəzi dostlarımız İctimai şuralara iş yeri kimi baxırlar. Doğrudur, İctimai Şura üzvlərinə rəsmi məvacib ödənilmir, amma Azərbaycan üçün xarakterik olan “paket” sisteminin burada da keçərli olduğu deyilir. Əgər belə deyilsə, İctimai Şura üzvünü nazirə, komitə sədrinə yaltaqlanmağa nə vadar edir? Axı İctimai şuralar müvafiq qurumların fəaliyyətinə nəzarət etmək, mövcud nöqsanları göstərmək üçündür. Təəssüf ki, biz hansısa İctimai Şura üzvünün ciddi bir problemi ictimailəşdirdiyinin şahidi olmamışıq”.

Seymur Verdizadə yeni yaradılan İctimai şuralarda jurnalistlərin təmsil olunmasının keyfiyyət dəyişikliyinə gətirib çıxaracağına ümid etdiyini bildirib:

“Ümid edək ki, jurnalist dostlarımız özlərinin peşə kodeksinə sadiq qalaraq, təmsil olunduqları sahələrdə mövcud olan nöqsanları ictimailəşdirməkdən çəkinməyəcəklər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İşğaldan azad edilmiş bölgəyə ilk köç Kəlbəcərin timsalında GERÇƏKLƏŞİR 19 İyun 2021, 13:44 AKP-nin mətbuat katibi: “Şuşa türk dünyasının qəlbinin döyündüyü yerdir” 19 İyun 2021, 13:27 Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?