Modern.az

Masallıda ər və arvadı BIÇAQLANDI

Masallıda ər və arvadı BIÇAQLANDI

Hadisə

30 Aprel 2021, 19:00

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Təxminən 20-25 yaşlarında olan ər və arvadı qohumları evə gələndə huşsuz vəziyyətdə döşəməyə yıxılmış formada tapıblar. Hər ikisinin bıçaq xəsarətləri aldığı bildirilir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, eləcə də xəsarət alanların kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.(apa.az)

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub