Arxiv
22 Sentyabr 2012, 10:20 | FOTOSÖHBƏT
Hamlet İsaxanlı ilə fotosöhbət

Modern.az saytı Xəzər Universitetinin təsisçisi şair, tərcüməçi, publisist, dilçi və ədəbiyyatşünas Hamlet İsaxanlı ilə fotosöhbəti təqdim edir.
Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qardabani (keçmiş Qarayazı) rayonunun Kosalı kəndində anadan olub. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1970-ci ildə Nailə Əsgərli ilə evlənib. 
1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərilib və 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
1973-1983-cü illər ərzində H.İsaxanlı Moskva və Bakıda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ.Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışıb, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul olub.
Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərib.
1991-ci ildə İngilisdilli Azərbaycan Universitetinin yaranmasına təşəbbüs göstərib. Azərbaycan SSRİ Nazirlər Sovetinin 20 dekabr 1990 tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991 tarixli qərarları ilə rəsmi status alan Xəzər Universitetini təsis edib, Azərbaycanın ilk özəl universitetinin qurucusudur.
Hamlet İsaxanlı şair kimi də tanınır. Azərbaycanda, Rusiyada, Çində, İranda, Gürcüstanda, Pakistanda və digər ölkələrdə şeir kitabları, jurnal, qəzet və poetik toplularda şeir və poemaları nəşr olunub. Onun şeirləri rus, ingilis, çin, gürcü, eston, türk və digər dillərə tərcümə olunub.
Hamlet İsaxanlı cəmiyyətdə həm dəşair, tərcüməçi, publisist, dilçi və ədəbiyyatşünas kimi də məşhurdur.
Qeyd edək ki, o, 1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir.

 

Nənəmin qucağında oturan güllü paltar geymiş salladodaq qara oğlan mənəm. Bu məndə olan ilk şəklimdir. 

 

Orta məktəb əlaçıları arasında. Arxada 3-cü sırada sağda duran balaboy, saçı pərişan oğlana baxın.

 

Ali məktəbə qəbul olunduğum gün. Şəkildə sağda oturan atam Abdulla, yanında başını yuxarı qaldırmış yeni tələbə mənəm. 

 

Gəncədə hərbi təlimdə. Şəkili sevdiyim qıza göndərdim. O, “əlindəki jurnalın üzündəki qızdan nə bərk-bərk yapışmısan” deyə mənə məktub yazdı.

 

Tələbəlik...

Ali məktəbi bitirdim! Ayaq üstə duran bakenbardlı oğlan mənə oxşayırmı?

 

Moskva Dövlət Universitetində elmi-tədqiqatla məşğul olarkən mürəbbəli çaysız keçinmək olmur. Sağdakı gur saçlı oğlan mənəm.  

 

Məşhur fransız riyaziyyatçısı J. Dedonne ilə (hündürboylu qara paltarlı adam Dedonne yanındakı - Fərəməz Maqsudov, onun yanındakı gənc isə mənəm)

 

Kanada. Sualtı gəmidə. 

 

Mənim şahmat sevgim ailəni də başına alıb.

 

 

 

Məşhur Kanada riyaziyyatçısı F. Atkinsonun evində. Toronto. Sovet zamanı. 

 

Kanadada. Alberta. 

 

Ailə!

 

Qaçaq İsaxanın oğul nəvələri .

 

Goethe yaşlı vaxtında 18 yaşlı qıza vurulmuşdu və bu sevgini “Marienbad elegiyası”nda tərənnüm etmişdi. 

 

Xəzər Universitetində səfirlərlə görüşmək xoşdur və... lazımdır. 

 

Konsert əla keçir.

 

 

Müğənnilər, xanəndələr susub. Mən danışıram, bəlkə də oxuyuram? 

 

 

 

Nurəddin Rzayev və Süleyman Əliyarlı ilə şirin söhbət. 

 

Üç müşketyor və Dartanyan (Nəriman Həsənzadə, Nurəddin Rzayev və Tofiq Abasquliyevlə Xəzər Universitetində) 

 

Hərdən bal-maskarad kefimizi kökəldir.

 

Məni anadan olduğum rayonun fəxri vətəndaşı seçiblər. Qəribədir dünyanın işi...

 

Mən oynaya da bilirəmmiş... 

 

Qızım Aygünlə hara baxıb gülürük, yadımda deyil. 

 

Buna “diqqətsizlik” də demək olar. Uşaqlar qarşımda rəqs edirlər, mənsə... görürsünüz. 

 

Misir müəllim və Qorxmaz müəllimlə. Norveç. 

 

 

Bağımızda.

 

Harvard Universitetində Dağlıq Qarabağ mövzusunda çıxış.

 

Opera və Balet Teatrında. 

 

Gözəl gənclər (üstəlik, xanımlar) arasında adam özü də gəncləşir... 

 

Müsahibə verənin də, götürənin də kefi yaxşıdır.

 

Sevimli dağlar, göy çəmən və top. Oyna və yaşa! 

 

 

“Altda qalanın canı çıxsın” deyirlər, amma nəvələrlə oynamaqdan həzz alıram.  

 

“Dünya” məktəbində, şagirdlərlə görüşdən sonra.

 

Məruzədən əvvəl məsləhətləşmə. Hafiz Paşayevlə.  

 

 

Bir Çinli və iki Azərbaycan riyaziyyatçısı kababdan əvvəl və sonra (fərq görünürmü?) 

 

 

Kiçik və xoş bir təcavüz altında... 

 

Baba, nənə və iki nəvə. 

 

Dünya məktəbində Jalə xanımla.

 

Məni miniblər və mənə xoşdur.

 

Dəniz və mən...

 

 


 

Ay sizə nə deyim, Yapon qızları. 

 

 

Deyilənə görə bu dar deşikdən keçə bilənləri işi uğurlu olacaq. Mən keçdim, görək... 

 

Qədim Yapon tarixi və mədəniyyəti maraqlıdır. 

 

Pekində məşhur “quş yuvası” stadionu önündə (içinə də getdim, gəzdim) 

 

Həsən Həsənov və Camal Mustafayevlə.

 

Çinin cənubunda azlıqda olan xalqların biri il görüşdə. 

 

 

 

Musiqi dünyasında.

 

Ürəkdən güləndə.

 

Görkəmli tarixçi Tadeuş Svietoçovski və xanımı ilə.

 

Bəstəkar Arif Məlikovla salonda.

 

Hindistanda belə qarşıladılar...  

 

“Bəlkə mən də bir mahnı oxuyum?” sözü Aygün Bəylərə ləzzət verdi.

 

Azad, sərbəst həyatın görüntüləri.

 

Gözəl tamaşaya baxıb həzz almaq özü bir tamaşadır... 

 

Şeir oxuyardən göz yumulsa yaxşıdır, içinə qapana bilirsən.  

 

 

Bu iki xanım Xəzər Universitetini, Universitet də onları sevir. 

 

Bu şəkilə, reklama görə, zənnimcə, “Qarant Sığorta” mənə sığorta hədiyyəsi etməlidir. 


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb 20 Avqust 2019, 15:15 Nursultan Nazarbayev klip çəkdirdi - VİDEO 20 Avqust 2019, 14:51 Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34 Abituriyentlər elektron arayış əldə edə biləcəklər DİM-dən YENİLİK 20 Avqust 2019, 14:24 Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34