Arxiv
8 May 2021, 15:00 | AKTUAL
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib

Respublikada sosial layihələrin icrası dövlətin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə hədiyyələr, sovqatlar, yardımlar paylanılır.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) da prezident cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, bu növ sosial təşəbbüslərə qoşularaq bütün tədbirlərdə yaxından iştirak edir. Belə ki, cari ilin mart ayında AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə respublikanın regionlarında yaşayan 3900 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb. Eyni zamanda İcraiyyə Komitəsinin 2021-ci ilin aprelin 30-da keçirilən iclasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə və ölkə Prezidenti İlham Əliyevin aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə müvafiq olaraq bu kateqoriyaya aid olan ailələrə sovqat paylanması qərara alınıb.

 

Qəbul edilmiş qərara əsasən, bu gün - mayın 8-də 76 şəhər və rayonu əhatə edən 4000 ailəyə maşın karvanı ilə ərzaq bağlamaları yola salınıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan 1000 aztəminatlı ailəyə ərzaq yardımı paylanacaqdır. 

 

Ümumilikdə 2020-ci ildən bu günə kimi AHİK və onun üzv təşkilatları tərəfindən pandemiya və Vətən müharibəsi ilə əlaqədar 12 milyon manata yaxın  vəsait xərclənib. O cümlədən pandemiya ilə əlaqədar AHİK və üzv təşkilatları tərəfindən göstərilən maddi yardımlar 7.167.749 manat təşkil edib. Bu məqsədlə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 705.000 manat,  Koronavirusla Mübarizəyə Dəstək Fonduna 458.920 manat, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mubarizəyə Dəstək üçün 210000 manat vəsait köçürülüb, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 936.628 manatlıq qoruyucu vasitələr paylanılıb, 55.756 aztəminatlı ailəyə 1.617.825 manatlıq yardım edilib, həmçinin 2020-ci il aprelin 29-da 76 şəhər və rayonda yaşayan 3900 ailəyə ərzaq sovqatı paylanılıb. Yaşı 65-dən çox olan 49.339 nəfər ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 3.239.375 manat məbləğində maddi yardım göstərilib. Eyni zamanda Azərbaycan həmkarlar ittifaqları Vətən müharibəsi ilə əlaqədar 4.254.207 manat vəsait, bu vəsaitdən “Qarabağa Dirçəliş Fonduna”  600.000 manat, “Yaşat”  və Silahli Qüvvələrə Yardım Fonduna 1.543.625 manat, o cumlədən AHİK tərəfindən 800.000 manat (Silahlı Qüvvələrə yardım Fonduna 350.000 manat, “Yaşat” Fonduna 300.000 manat, Naxçıvan Muxtar Respublikasına 150.000 manat) vəsait köçürülüb. Əsgər və zabitlərin tələbatlarının və digər məsələlərin ödənilməsi üçün 1.860.582 manat xərclənib, şəhid ailələrinə yardım edilməsi məqsədilə isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 150.000 manat vəsait köçürülüb. 

 

Həmçinin 152 şəhid ailəsi Azərbaycan həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb və 18 yaşına kimi hər ay onlara maddi yardım göstəriləcək. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi məqsədilə əməkdaşlığa dair Memoranduma müvafiq olaraq 200.000 manat vəsait ayrılıb. Bununla da qeyd olunan dövr ərzində 200 minə  yaxın vətəndaşlarımıza bu və digər formada maddi yardımlar göstərilmişdir.   Bu qəbildən olan sosial tədbirlər bundan sonra da davam etdiriləcəkdir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şuşada Türkiyənin Baş konsulluğu açılacaq 15 İyun 2021, 17:40 “Şuşada müttəfiqlik Bəyannaməsini imzalayarkən gələcək nəsillərə yol göstəririk” - Prezident 15 İyun 2021, 17:36 “Arxa fonda yerləşən bina erməni vəhşiliyinin bariz nümunəsidir” - Ərdoğan 15 İyun 2021, 17:34 Mehriban Əliyeva Şuşada Əminə Ərdoğanla görüşdü - VİDEO 15 İyun 2021, 17:28 “Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır” - İlham Əliyev 15 İyun 2021, 17:25 İlham Əliyev: “Şuşa Bəyannaməsi tarixi Qars bəyannaməsinə istinad edilir” 15 İyun 2021, 17:20 Ərdoğanla Əliyevin imzaladığı Şuşa Bəyannaməsinin DETALLARI açıqlandı 15 İyun 2021, 17:17 Prezidentlər Şuşada mətbuata birgə bəyanatlarla çıxış etdilər - VİDEO 15 İyun 2021, 17:12 Yaşasaydı bu gün 23 yaşı olacaqdı - UNEC-in şəhid MƏZUNU 15 İyun 2021, 17:07 Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi İMZALANDI 15 İyun 2021, 17:02 “Ermənilər buraları dağıtdılar ki, biz qayıdanda tanımayaq” - Prezidentlər Şuşaya belə getdilər - VİDEO 15 İyun 2021, 16:56 Ermənistanın xarici borcu rekord həddə ÇATDI 15 İyun 2021, 16:50 Hərbçilər Milli Qurtuluş gününü qeyd ediblər 15 İyun 2021, 16:47 Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib 15 İyun 2021, 16:42 Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır 15 İyun 2021, 16:36 Bu günün yoluxma sayı açıqlandı 15 İyun 2021, 16:30 Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam” 15 İyun 2021, 16:24 Şuşada Prezidentlərin təkbətək görüşü olub - FOTO 15 İyun 2021, 16:18 Ərdoğan: “Milli Qurtuluş Günündə Şuşadayıq” 15 İyun 2021, 16:12 Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan 15 İyun 2021, 16:06 Türkiyədə 35 milyondan çox şəxsə koronavirus vaksini vurulub 15 İyun 2021, 16:00 “Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək 15 İyun 2021, 15:30 İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB 15 İyun 2021, 15:25 Sarkiasyan Paşinyanı TƏHQİR ETDİ: “Əlindən alıb başına çırpmalıyıq!” 15 İyun 2021, 15:20 Boksçularımız Avropa çempionatına yollandı 15 İyun 2021, 15:15 Avro-2020-nin bugünkü oyunlarını göstərəcək telekanallar 15 İyun 2021, 15:10 Bakıda daha bir yol təmir olunur - FOTO 15 İyun 2021, 15:05 Azərbaycan əhalisinin gəlirləri açıqlandı 15 İyun 2021, 15:00 Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI 15 İyun 2021, 14:54 Gürcüstanda Hindistan ştammına 18 nəfər yoluxdu 15 İyun 2021, 14:48 İranda son sutkada COVID-19-dan 134 nəfər öldü 15 İyun 2021, 14:42 Teledərslərin sabaha olan cədvəli 15 İyun 2021, 14:36 UNEC-də Milli Qurtuluş Günü qeyd olunub 15 İyun 2021, 14:30 Putindən 120 min azərbaycanlını sevindərəcək QƏRAR 15 İyun 2021, 14:25 “Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan” 15 İyun 2021, 14:20
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?