Modern.az

"Sumqayıt" səfərdə qələbə qazandı

Aktual

8 May 2021, 22:36

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turunda "Keşlə" klubu "Sumqayıt"ı qəbul edib.

 

Modern.az xəbər verir ki, "ASK Arena"dakı matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qarşılaşmada yeganə qolu 78-ci dəqiqədə Rəhim Sadıxov penaltidən vurub.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran "gənclik şəhəri" təmsilçisi 3-cü pilləyə yüksəlib. "Keşlə" isə 23 xalla sonuncu sırada qalıb.

 

Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Zirə" - "Qəbələ" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu