Arxiv
11 May 2021, 00:45 | ÖLKƏ
Revanşizm qoxusu verən bəyanatlar Ermənistan üçün təhlükəlidir - İlham Əliyev

"Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan azərbaycanofobiya meyilləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir".

 

Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başlılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

 

"Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq. Mənim misal gətirdiyim, regionda baş vermiş bəzi faktlar bizim niyyətimizə, səhifəni çevirmək niyyətimizə dəlalət edir, hərçənd sırf emosional və psixoloji baxımdan bunu etmək asan deyil. İşğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılıb. Beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhərində bircə salamat bina belə yoxdur. Azad edilmiş ərazilərdə olarkən oraların tamamilə dağıdıldığını görmək olar. Azad edilmiş ərazilərdə işğal dövründə evlər, ictimai binalar, dini abidələr, 60-dan çox məscid, qəbiristanlıqlar və sair dağıdılıb. Ona görə də işğalın bizim hətta güman edə bilməyəcəyimiz, - çünki biz həmin ərazilərə gedə bilmirdik, - dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir. Ona görə də Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. Buna görə biz Rusiya ilə - bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir. Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq", - deyə İlham Əliyev bildirib.

 

Qeyd edək ki, Sergey Lavrov Azərbaycan Prezidentinin Ermənistandakı revanşizm qoxulu bəyanatlarla bağlı fikirlərini dəstəkləyib:

 

"Münasibətlərin ümumi kontekstini əsas götürsək, Sizinlə tamamilə razıyam ki, indi bu mərhələdə, yəqin, hər hansı başqa münaqişəli şəraitdə, münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var. Lakin, hörmətli İlham Heydər oğlu, Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30 Bu xidmət haqqının məbləği TƏSDİQLƏNDİ 23 İyun 2021, 18:22 UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR 23 İyun 2021, 18:14 Havada toz dumanı davam edir 23 İyun 2021, 18:07 Niyə peyvənd olunmalıyıq? 23 İyun 2021, 18:00 Vətən Müharibəsində iştirak etmiş jurnalistlər təltif edildilər 23 İyun 2021, 17:54 Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR 23 İyun 2021, 17:48 Azərbaycanın geri qaytardığı erməni əsirlərdən biri topçu Albertin əmisi oğluymuş - FOTO 23 İyun 2021, 17:44 Azərbaycan UNESCO-ya müraciət etdi 23 İyun 2021, 17:40 Dolların məzənnəsi sabit qaldı 23 İyun 2021, 17:34
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?