Arxiv
11 May 2021, 12:20 | ÖLKƏ
Şeyxdən xalqa tövsiyə: “Adambaşına 5-10 manat arası fitrə zəkat verin”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Modern.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

 

"Əziz müsəlman qardaş və bacılar, möhtərəm həmvətənlərim!

 

Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

 

Allah dərgahında rəhmət, bərəkət və məgfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, Ramazani- Şərifin bayram səadətinə qovuşurlar. Allaha dualar edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun!

 

Bu ilki Ramazan bayramı Azərbaycan xalqı üçün illərlə arzusunda olduğu Zəfər əhval- ruhiyyəsi ilə özəldir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində şanlı əsgərlərimizin şücaətləri, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Bu şanlı zəfər yolunda şəhidlik məqamına yüksəlmiş qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

 

Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən Azan səslənir. Azərbaycan xalqı bu Ramazanı işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq-bərpa işlərinin müjdəsindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, təhqir olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır.Xalqımız əmindir ki, Qarabağ tezliklə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək, burada yenidən həyat canlanacaq, vətəndaşlarımız öz torpaqlarına qayıdacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev cənabları möhtərəm Mehriban xanımla birlikdə Zəngilan məscidinin bünövrəsini qoyduqları kimi, inşallah, bütün məscidlərimiz, dini məbədlərimiz bərpa olunacaq.

 

Dövlət başçımızın Birinci vitse-prezidentlə bərabər Şuşa, Ağdam məscidlərini ziyarəti, Məkkədən gətirdikləri Qurani-Kərimi hədiyyə etmələri Allah Evinə ehtiram nümunəsi olmaqla yanaşı, həm də müqəddəs Kəbə Evinin daxilində Qarabağın azadlığı üçün edilən duaların qəbul olunmasının rəmzidir. Ağdam məscidini ziyarət edərkən biz, din xadimləri, dindarlar illərdir etdiyimiz duaların müstəcab olmasına, dövlət-xalq birliyi sayəsində Qarabağın azad olmasına, məbədlərimizin əsarətdən qurtulmasına, əzəli torpaqlarımızda dini-mənəvi irsimizə sahib çıxmağımıza görə Uca Allaha şükr-sənalar etdik. Bu, həm də İslam dünyasının uğuru, müsəlman aləminə fəxrdir.

 

Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan COVİD-19 bəlasının və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını diləyirik. Savab, məğfirət ayı olan Ramazan bəşər övladına səbr, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.

 

Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

 

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi, xalqımızı hər zaman müzəffər qərar versin! Allah Azərbaycanı qorusun! AMIN!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30 Aktiv xəstə sayı 1000-dən aşağı düşdü 20 İyun 2021, 16:25
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?