Modern.az

Erməni qızlar sülhməramlılar üçün oynadı - FOTO

Erməni qızlar sülhməramlılar üçün oynadı - FOTO

Qarabağ

15 May 2021, 21:58

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları keçmiş Ağdərə rayonunun Aterk kəndinin orta məktəbində “Xalqların sərhədsiz dostluğu” adlı maarifləndirmə aksiyası keçiriblər.

 

Modern.az Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, interaktiv dərs şəklində baş tutan bu aksiyada 100-dən çox orta məktəb şagirdi iştirak edib.

 

"Mühazirənin əvvəlində Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları şagirdlərə Rusiya Federasiyasının milli mədəniyyətlərinin müxtəlifliyi və xüsusiyyətləri haqqında danışdılar. Öz növbəsində məktəbin şagirdləri məruzələrini Dağlıq Qarabağ ərazisində yaşayan xalqların milli mədəni dəyərləri məsələlərinə həsr etdilər. Bundan əlavə, uşaqlar və rus sülhməramlıları Yer planetində sülhün qorunması zərurəti barədə fikir mübadiləsi apardılar.

 

Tədbirin sonunda Aterk kənd orta məktəbinin rəqs qrupu milli geyimlərdə ifa olunan "Köçəri" rəqsini sinif yoldaşlarına və rus sülhməramlılarına təqdim edərək öz istedadlarını nümayiş etdirdilər", - deyə məlumatda bildirilir.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi