Modern.az

Şəhid zabitin dəfnindən FOTOLAR

Şəhid zabitin dəfnindən FOTOLAR

16 May 2021, 13:42

Dövlət Sərhəd Xidmətinin (DSX) mayın 15-də Azərbaycan-İran sərhədində şəhid olmuş zabiti, baş leytenant Samir Eyvazov doğma kəndi Tovuz rayonunun Bozalqanlı kəndindəki qəbristanlıqda torpağa tapşırılıb.

 

Modern.az xəbər verir ki, mərasimdə Tovuz rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, DSX-nin Qazax Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Müzəffər Pirizadə ictimaiyyət nümayəndələri, sakinlər, şəhidin yaxınları,  Şəmkir, Göytəpə və Qazax sərhəd dəstələrinin şəxsi heyəti iştirak edib.

 

Şəhidin cənazəsisən bükülmüş Azərbaycan Bayrağı ailəsinə təqdim olunub. Şəhidin xatirəsinə 3 dəfə yaylım atəşi açılıb.

 

Mərasimdə iştirak edənlər vurğulayıblar ki, Şəhid baş leytenant Samir Eyvazov çox vətənpərvər və gülərüz, xoş xasiyyətli və dostcanlı insan idi. Sərhədçi dostları da Şəhidi S.Eyvazovu haqqında xatirələrini bölüşüblər və onu çox hörmətli bir zabit olduğunu xatırlayıblar. Keçmiş iş yoldaşlarından biri onun xatirə şəkillərini təqdim edib. Təqdim edilən şəkillərin Biləsuvar ərazisində 2018-ci ilin sonunda - yeni il ərəfəsində çəkildiyi deyilir. Mərhum, üzügülər Samir Eyvazov qonşunun Səmra adlı balaca qızını qucağında tutaraq yoldaşları ilə birgə yeni ili qeyd edir.

 

Ölüm sevinməsin qoy. İndi özündən sonra 2 yaşı hələ tamam olmamış Elmir adĺı oğlu yadigar qaldı Samirdən. Sərhəd pozucuları ilə atışmada iki hərbçimizi itirməyimizə çox üzüldüm. Materialı hazırlayarkən Baş Prokurorluğun yaydığı məlumatda silahlı sərhəd pozucularından birinin-İran vətəndaşı Bərgi Həsənəli Novruzun artıq tutularaq istintaqa cəlb edildiyini oxudum. İnanıram ki, bizim güc orqanlarımız tezliklə Samirlə Fəridin həyatına son qoyan digər iki nəfəri də tezliklə yaxalayacaq."Ağ ölüm"ü yayanlar və hərbçilərimizə atəş açanların layiqli cəza almaları mütləqdir!

 

Allah rəhmət eləsin!

 

Aytəkin ALXASLI

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu