Modern.az

Məşhur şirkətin nümayəndəsinə cinayət işi açıldı

Məşhur şirkətin nümayəndəsinə cinayət işi açıldı

Aktual

16 May 2021, 16:20

“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olub.

 

Qazax rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırma zamanı Cavid Məmmədov 2020-ci ilin fevralın 6-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilmiş firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsədiyi müəyyənləşib.

 

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda istintaq aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?