Arxiv
18 May 2021, 18:21 | HADİSƏ
Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ)  ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərindən Modern.az-a verilən birgə məlumatda bildirilib.

 

Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3  faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

 

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulublar.

 

 Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir. 
İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15 İlham Əliyev Putinlə telefonla DANIŞDI 23 İyun 2021, 19:08 Ölkə başçısı Fazil Ağalarova general-leytenant rütbəsi verdi 23 İyun 2021, 19:01 Prezident Rafiq Ramazanova general-mayor rütbəsi verdi 23 İyun 2021, 18:54 Masallıda 18 yaşlı oğlan boğularaq öldü 23 İyun 2021, 18:46 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI 23 İyun 2021, 18:38 Naxçıvan aeroportu AZAL-ın tabeliyindən çıxarıldı 23 İyun 2021, 18:30 Bu xidmət haqqının məbləği TƏSDİQLƏNDİ 23 İyun 2021, 18:22 UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə görüş keçirilib - FOTOLAR 23 İyun 2021, 18:14 Havada toz dumanı davam edir 23 İyun 2021, 18:07 Niyə peyvənd olunmalıyıq? 23 İyun 2021, 18:00 Vətən Müharibəsində iştirak etmiş jurnalistlər təltif edildilər 23 İyun 2021, 17:54 Ermənilər “ASAN xidmət”in ideyasını OĞURLADILAR 23 İyun 2021, 17:48 Azərbaycanın geri qaytardığı erməni əsirlərdən biri topçu Albertin əmisi oğluymuş - FOTO 23 İyun 2021, 17:44 Azərbaycan UNESCO-ya müraciət etdi 23 İyun 2021, 17:40 Dolların məzənnəsi sabit qaldı 23 İyun 2021, 17:34 Nazarbayev Sarkisyanı təbrik etdi, Paşinyanı isə yox... 23 İyun 2021, 17:28 Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et 23 İyun 2021, 17:22 Azərbaycanlı qız Rusiyadakı qəbul imtahanlarında REKORD VURDU - FOTO 23 İyun 2021, 17:16 Mais Bərxudarov yeni hərbi hissənin açılışında - VİDEO 23 İyun 2021, 17:12 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi 23 İyun 2021, 17:08 Azərbaycan və Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu toplandı 23 İyun 2021, 17:04 Xalqa xidmət böyük şərəfdir 23 İyun 2021, 16:58 Hacıqabulun iki kəndinin su problemi həll edilib - FOTO 23 İyun 2021, 16:52
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?